Əsas Səhifə > Sosial, Manşet > Bu səhiyyə ocağında qanunlar ayaq altına atılır...

Bu səhiyyə ocağında qanunlar ayaq altına atılır...


17-05-2017, 09:19
Bu səhiyyə ocağında qanunlar ayaq altına atılır...
Bu yaxınlarda evdə sünnət olunan uşağın ölüm xəbəri hamını sarsıtdı. Əslindıə sünnətdə cərrarhi əməliyyat sayılır və şəraitsiz yerdə cərrahi əməliyyat həyat üçün risklidir deyəndə, bu faciəni nəzərdə tuturlar. Anacaq bizə maraqlı gələn həkimin dediyi bir cümlə oldu.Həkim demişdi:
-Pulsuz əməliyat belə olurda!!
Yəni müştəri az pul vermişdi və deməli o ölə biərdi……
Elə bilməyin ki bu ancaq sünnət həkiminin fikridir. Xeyir əsla.Bu günlərdə redaksiyamıza müraciət edən Əsədova Nəzakət xanım Lokbatanda yerləşən 4 saylı poliklinikanın burun, boğaz və qulaq həkimi olan Elman həkimdən (lor həkimi Elman Tariverdiyev) şikayət edir.
Həkim xanımdan pul alaraq onun ailə daxili şiddət nəticəsində (əri döymüşdü) qırılan burnunu düzəltməyi söz vermişdi. Təbii olaraq həkim pul alıb poliklinikada xanımın burnunu əməliyyat edir. Bəli poliklinikada. Anestzoloqsuz və reanimasiya şöbəsi olmadan. Lakin həkimin birinci əməliyyatı uğurlu alınmır. İkinci dəfədə əməliyyat olunmalı olur. Əməliyyat deyəndə, Nəzakət xanım deyir ki, həkim yerli keylətmə ilə onun burnunu yenidən qırdı ki, düzəldəcəm. Lakin bu dəfədə əməıliyyat yaxşı nəticə vermir.Xanımın burnunda olan əyrilik qalır.Müştərinin (xəstənin) çığır bağırını eşidən həkim bu dəfə onu “Himay” klinikasına aparır və orda əməliyyat edir. Lakin təəsüflər olsun ki, bu dəfədə xərc çəkən xanım istədiyi, daha doğrusu həkimin söz verdiyi nəticə əldə olunmur.Nəzakət xanımın burnundakı əyrilik qalır. Məsələni belə görən Nəzakət xanım həkimdən pulunu geri tıələb edir. Lakin Elman həkim əvvəl pulu qaytaracağına söz versədə bu günə qədər pulu qaytarmayıb.
Nəzakət xanım deyir ki, onu həkimlə qonşusu Nüşabə xanım tanış edib. Sonra əməliyyata onu polikliniklaya bacısı aparıb. Əməliyyatdan sonra onu geri qaytaran maşının şoferi sağ salamtdır. Burnundan qoyulmuş dəmirləri çıxartmaq üçün qonşusu Mahir bəy və dostu onu yenə poliklinakaya aparıb. Onu gözləyib əməliyyatdan sonra evə gəıtirib. Onun poliklinakada əməliyyat olunmasının çoxlu şahidləri var.
Teref.info olaraq bizə maraqlı gələn məsələ isə, həkimin belə natəmiz hərəkət etməsi deyildi.İnsani məsələdir, olur. Lakin 1 həkim cərrahi əməliyyat edəndə görəsən insan taleyini fikirləşirmi?
Görəsən müəyyən qədər məsuliyytli olan belə cərrahi əməliyyatların poliklinika şəraitində keçirilməsinə icazə verilirmi?
Həkim uğursuz əməliyyat keçiribsə o müştərinin pulunu qaytarmalıdır ya yox?
Müraciət etdiyimiz ekspertlər qətiyyətlə bunun cinayət olduğunu, reanimasiya şobəsinin olmadığı bir müalicə mərkəzində cərrahi əməliyyatın keçirilməsinin qadağan olduğunu dedilər.
Biz Lokbatanda yerləşən 4 nömrəli poliklinikanın baş həkimi Rəhimə xanımla danışdıq. Rəhimə xanım qətiyyətlə belə bir əməliyyatın onların poliklinikasında keçirilmədiyini dedi.
Onda biz Elmar həkimin özünə müraciət etdik.
Elmar həkim sualımızın cavabında, Nəzakət xanımın burnunu həqiqətən onun əməliiat etdiyini dedi.Lakin o əməliyyatların “Himay” klnikasında həyata keçirildiyini dedi. O vurğuladı ki, Nəzakət xanımın bu həftə pulunu qaytaracaq.
Elmar həkimdə sünnət zamanı ölən uşağı sünnət edən həkimin dediyi sözləri təkrarladı:
-Müəllim ucuz əməliyyat elə belə alınır………
Yəni pulu bir az çox versəydilər yaxşı alınardı.
Çox əcayib məntiqdir və deyəsən bizim həkimlərin Hippokrat andından xəbərləri yoxdur…
Nəzakət Əsədova.
Bakı şəh. 20-ci sahə. Salyan şossesi ev 35.
P.S. Deyəsən artıq Səhiyyə Nazirimiz Azərbaycan səhiyyəsində idarəetməni itirib, yoxsa Lökbatanda yerləşən 4 nömrəli poliklinikada adi lor həkimi qanunları heçə sayaraq özü üçün estetik-cərrahi kabinet açmazdı. Özüdə tam bir antisanitariya şəraitində.
Araşdırmamız davam edir!
Teref.info

Geri qayıt