Əsas Səhifə > Sosial, Manşet > Ziya Məmmədovun səhhətində problem yaranıb...

Ziya Məmmədovun səhhətində problem yaranıb...


1-05-2017, 09:28
Ziya Məmmədovun səhhətində problem yaranıb...
DİA.AZ: - Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun səhhətində problemlər yaranıb. Bu barədə DİA.AZ-a sabiq nazirə yaxın dairələrdən məlumat daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, Ziya Məmmədov qıcolmalardan və əsəb sarsıntılarından əziyyət çəkir.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, o, durumuna görə qibtə olunası sabiqlərdəndir. Hər halda Cahangir Hacıyevin və digər sabiqlərin aqibətinə baxanda barəsində hüquqi addımın atılmaması baxımından özünü "xoşbəxtlər"dən hiss edə bilər. Amma bununla belə vəzifədən alınması, həmçinin ünvanı mətbu təqibə məruz qalması Ziya Məmmədovun səhhətində ciddi problemlərə yol açmaqdadır. Hazırda həkim nəzarətindədir və ola bilsin ki, müalicə məqsədilə xaricə getsin".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt