Əsas Səhifə > Sosial, Manşet > Nədən Dövlət Dəniz Admnistrasiyasında "dənizçi pasportu"na görə rüsumun 8-10 qatını alırlar
Nədən Dövlət Dəniz Admnistrasiyasında "dənizçi pasportu"na görə rüsumun 8-10 qatını alırlar22-04-2017, 10:25 |
Azərbaycan Respublikası Dövlət Dəniz Admnistrasiyasında baş verən özbaşınalıq və rüşvət hallarından mətbuatda çox yazılb. Teref.infonun elektron poçtuna gələn məktubda orda baş verən bəzi rüşvət hallarından söz açılır. Şikayətçi məktubda yazır: Salam Hörmətli redaksiya! Dəniz Admnistrasiyasında diplom, sertifikatlar və dənizçi pasportlarınn verilməsinə bir başa nəzarəti Qüdrət müəllimin müavini Vahid müəllim edir. Mənim qardaşım dənizçilik məktəbini qurtarandan sonra dənizçi pasportu almaq üçün Admnistrasiyaya müraciət etdi. Vahid müəllim onu 10 günlüyünə Lökbatana kurslara göndərdi. Kursun rüsumu 11 manat idi və 11 manat kurslara ödədik. Bəlkədə yeganə yerdir ki, burda rüşvət tələb etmirlər. Lakin əvəzini Vahid müəllim çıxır. Kursdan sonra Vahid müəllimin yanına gələn qardaşımdan diplom üçün dövlət rüsumu 50-56 manat civarında olduğu halda 500 manat, dənizçi pasportu üçün isə dövlət rüsumu 65 manat olduğu halda 700 manat pul aldılar. Yəni dövlət rüsumunun 8-10 qatını. Vahid müəllimdən soruşanda “niyə belə edirsiniz?” Cavab verdi ki, “ Mən kiməm ki, yuxarıdan necə deyiblər elə edirəm!” Təbi ki, gələn dənizçilərdə əgər işləmək istəyirlərsə bu pulu ödəməlidirlər. Yoxsa onlar xaricə çıxa bilməz və gəmilərdə işləyə bilməzlər. Düzdür bir ara sertifikat kurslarını Admnistrasiyanın əlindən aldılar. Və onlarda ancaq diplom və dənizçi pasportu vermək hüququ qalmışdı. Lakin Admnistrasiya özü üçün Nərimanov rayonunda “Şəki “ restoranının yanında özü yenidən kurslar açıb. Bu kurslarda sertifikatların qiyməti isə 285 manatdan başlayır və 320 manata qədər yüksəlir. Beləliklə hörmətli redaksiya mən sizə Azərbaycan Dövlət Dəniz Admnistrasiyasında DƏNİZÇİ PASPORTU və DİPLOMUN dünənə olan Vahid müəllimin təbirii ilə desək yuxarıdan müəyyən edilmiş real qiymətini göstərdim. Gördüyünüz kimi real qiymət dövlət qiymtindən 8- 10 dəfə artıqdır və bu artıq olan pul korrupsionerlərin cibinə gedir. Dəniz Admnistrasiyası ilə əlaqə yaratmaq istəsəkdə telefonlarımıza cavab verən olmadı. Geri qayıt |