Əsas Səhifə > Sosial, Manşet > Onun xanədanını kimlər yıxmaq istəyir?

Onun xanədanını kimlər yıxmaq istəyir?


27-02-2017, 08:52
Onun xanədanını kimlər yıxmaq istəyir?
Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Bu dəfə cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlar GDU rektorunun tək olmadığını, qohumluq və dostluq üzərində formalaşan bir qrupun tutduğu vəzifədən isyifadə edərək dövlət vəsaitini mənimsədiyini göstərir. Bu istiqamətdə araşdırmamızı...
Yusif Yusibovun rektor təyinatının gizlinləri
İlə başlayaq. Çünki GDU-da bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür. Bu səbəbdən də əsas diqqət məhz onun üzərinə yönəlib. Y.Yusibovun GDU-ya rektor təyin olunmasının özündə xeyli müəmmalı məqamlar var. Məlumatlara görə rektor bu vəzifəyə təyinatı bir neçə pilləli kombinasiyalarla əldə edə bilib. Bu pillələr haqda cumhuriyyet.az-a daxil olan məlumata görə rektor Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır. C.Yusibov isə öz növbəsində maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı və Y.Yusibovun əmri imzalandı. Onu da bildirək ki, rektor indi də həmin əlaqələrdən istifadə edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusibov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir”. Elə buradaca...
Maliyyə Nazirliyində Cavanşir Yusibov rüzgarı
Və bu rüzgarda əsən milyonlar haqda məlumat verək. Hamıya bəllidir ki, Maliyyə Nazirliyi ölkə büdcəsinə nəzarət edir. Büdcənin necə tərtib edilməsi, onun xərclərinin forması isə nazirlik və onun yerli qurumları tərəfindən həyatk keçirilir. Söz yox ki, bütün bunlar göründüyü qədər də asan məsələ deyil və prosesin bu qədər çətin, mürəkkəb olması ən çox da Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Cavanşir Yusifovun işinə yarayır. Çünki büdcə tətbiq edilən zaman istənilən şəkildə məbləği şişirtmək və ya kiçiltmək mümkündür. Qüvvədə olan müvafiq qanuna görə, yeni ilin büdcəsi cari ilin avqust ayının sonuna qədər qismən də olsa hazır formaya gətirilməlidir. Yəni yerli maliyyə idarələri qeyd olunan müddətə kimi təhkim olunduqları rayonların yeni il üçün xərcləri və gəlirləri barədə məlumat verərək, işlərini yekunlaşdırmalıdırlar. Məhz bundan sonrakı mərhələ isə birbaşa Maliyyə Nazirliyinə həvalə olunur. Cavanşir Yusifovun əsas gəlir qaynağı da məhz bu andan sonra başlayır. Belə ki, onun rəhbərlik etdiyi Dövlət Maliyyə Nəzarəti Xidməti yerli maliyyə qurumları ilə “razılığa” gəldikdən sonra xeyli miqdarda əlavə qazanca sahiblənir. Bununla bağlı məlumatlı şəxsin cumhuriyyet.az-a verdiyi informasiyada qeyd olunur ki, yerli maliyyə qurumlarının rəhbərləri hər il avqust ayına qədər Cavanşir Yusifovun qəbulunda olur, onunla müvafiq anlaşma əldə edirlər. Bu isə sonda hər iki tərəfin maraqlarını kifayət qədər təmin etdiyindən, alan da, verən də prosesdən razı qalır. Bu isə özlüyündə birbaşa dövlət büdcəsinin talanması kimi dəyərləndirilməlidir.
Yerli maliyyə idarələrilə əlbir olan Cavanşir Yusifov bu kimi işləri çox böyük ustalıqla həyata keçirə bilir. Halduki Dövlət Maliyyə Nəzarəti Xidmətinin birbaşa vəzifə borcudur ki, büdcə təşkilatlarında yoxlamalar həyata keçirsin və aşkarlanmış neqativ hallar barədə rəhbərliyi məlumatlandırsın. Cavanşir Yusifov isə maraqlarını təhlükə altına qoymamaq naminə rəhbərlik etdiyi qurumun yoxlama apardığı rayonlarda guya hər şeyin normal olduğunu, ancaq cüzi pozuntuların aşkarlandığını bəyan edir…
Kirayə evdən villaya
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun böyük kapitala sahib olduğunu deyən məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, onun özünün və yaxın qohumların çoxsaylı daşınmaz əmlaklara sahibdir. Məlumatda həmçinin bildirilir ki, Cavanşir Yusifovun özündən başqa, qohumları Rüfət Yusifov, Sevinc və Könül Yusifovaların Bakının ən sayılıb-seçilən yerlərində villaları, mənzilləri var: “Bilirsiniz ki, Dövlət Gəncə Dövlət universitetinin rektoru ilə başqa bir məlumat da diqqət çəkir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığındakirayədə yaşayırmış: “Amma rektor təyin olunduqdan sonra, o qısa bir müddət ərzində Gəncənin “Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev almışdır. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli “Leksus” avtomobilinə sahib ola bilib.Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Daha maraqlı bir fakt isə Y.Yusibovun mobil telefonu haqqındadır.Y.Yusibov avqustda özünə çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Ötən ilin avqust ayında isə Yusif Yusibovun kolleksiyasına Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub. Qısa müddət ərzində böyük kapitala sahib olan rektor həm də maliyyə nazirliyindəki qardaşına güvənərək Gəncədə başqa heç bir qüvvə ilə hesablaşmamağa qalxdı və bu proses...
Elmar Vəliyevlə açıq konflikt
Həddinə qədər yüksəldi. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı kampaniya apardığına dair iddiaları təsdiqləyəcək bir neçə dəlil də ortaya çıxıb. Verilən məlumata görə, Yusif Yusifov onun haqqında mətbuatda çıxan məlumatların Elmar Vəliyev tərəfindən ötürüldüyündən şübhələnib. Daha sonra ətrafındakı adamları onu daha da qızışdıraraq, Gəncənin icra başçısının onunla yanaşı, həm də Maliyyə nazirinin müavini olan qardaşı Cavanşir Yusifovla da düşmənçilik edərək, onları nüfuzdan salmağa çalışdığına inandırıblar. GDU-nun rektoru bu deyilənlərdən sonra Elmar Vəliyevlə üz-üzə gəlmədən, ona qarşı «mübarizə»yə başlayır. Və qısa müddətdə Gəncəbasarda nəşr olunan yerli qəzetlərdən birində icra başçısının əleyhinə olduqca ciddi ittihamlarla dolu yazı peyda olur. Lakin Yusif Yusifov burada bir məsələdə səhvə yol verir ki, həmin qəzetin bir səhifəsində özünün müsahibəsini verdirdiyi halda, digərində Elmar Vəliyevin əleyhinə məqalə yerləşditdirir.
Onu da bildirək ki, bu proses əyalət qəzetləri ilə yekunlaşmır. Həmçinin proses ölkənin nüfuzlu sayt və qəzetlərinə də sirayət edir. Hətta iş o yerə çatır ki, rektor Gəncənin icra başçısının özü ilə yanaşı, oğlu ilə də bağlı məlumatların dövriyyəyə buraxılmasına yardımçı olur. Vəziyyətdən xəbərdar olan Elmar Vəliyevin uzunmüddətdir susqun dayanmasının səbəbi məlum deyil. Ehtimal olunur ki, Vəliyev hücum ərəfəsindədir və onun atacağı addım Yusif Yusifovun karyerasının sonunu gətirəcək. Bu əsnada, GDU-da çox qəribə hadisələrin də baş verdiyi vurğulanır. Yusif Yusifov bu yaxınlarda Antaliyada səfərdə olarkən qəfil Gəncəyə qayıdıb. Hələlik məsələnin səbəbləri məlum deyil.
(Cumhuriyyet.az)
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!

Geri qayıt