Əsas Səhifə > Sosial, Manşet > Əhmədzadənin adamı natəmizlik yaradır...

Əhmədzadənin adamı natəmizlik yaradır...


9-02-2017, 08:41
Əhmədzadənin adamı natəmizlik yaradır...
Rayonda olarkən araşdırmamız zamanı məlum oldu ki, İmişli Suvarma Sistemləri idarəsinin razılıq arayışı əsasında, İmişli icra hakimiyyətinin müvafiq qərarını aldıqdan sonra inşa edilən bəzi tikili sahibləri işlərini bir az da etibarlı tutaraq, sahib olduqları obyektlərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsinə də nail olublar

“Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək". Bunu prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib. Əfsusular olsun ki, bəzi regionlarda inkişaf nəinki inamla qabağa aparılır, əksinə ya laqeyidlikdən, ya da düşünülərək tormozlandırılır. Bir neçə gün öncə Conflict.az-ın əməkdaşının İmişliyə səfəri zamanı rayon mərkəzində gördükləri sözün əsl mənasında şok effekt yaradan hadisə olub. Rayon mərkəzini iki hissəyə ayıran MTS adlı kanalın üzərində müxtəlif təyinatlı obyektlərin bir-birinin ardınca inşa edilməsi olduqca təəccüb doğuran hadisədir.

Kanalın üzərində hal – hazırda fəaliyyət göstərən və ya inşa edilməkdə olan müxtəlif təyinatlı obyektlərin olması dəhşətli kanalın içərisində və ətrafında antisanitariya vəziyyəti yaradıb. İlk baxışdan rayon mərkəzi sanki zibillə iki hissəyə bölünüb. Kanalın içərisindəki vəziyyət, ətrafa yayılan üfunət iyi bu əraziyə məsul idarə və müəssisələrə rəhbərlik edən şəxslərin ənənəvi “görməmişəm, xəbərim yoxdur” arqumentlərini anındaca əlindən alır. Çünki yuxarıda qeyd edildiyi kimi su kanalı məhz İmişli şəhərinin mərkəzindən keçir. Onu da qeyd edək ki, şəhər mərkəzindən keçən həmin kanala İmişli Suvarma Sistemləri idarəsi nəzarət edir. Əslində mövcud duruma şahidlik etdikdən sonra nəzarətin nəyə olunduğu müzakirə predmetidir. Nəzərə alsaq ki, kanalın nəinki mühafizə zolağı, hətta hər iki sahili, üstü belə ayrı – ayrı şəxslərə məxsusdur. Rayonda olarkən araşdırmamız zamanı məlum oldu ki, İmişli Suvarma Sistemləri idarəsinin razılıq arayışı əsasında, İmişli icra hakimiyyətinin müvafiq qərarını aldıqdan sonra inşa edilən bəzi tikili sahibləri işlərini bir az da etibarlı tutaraq, sahib olduqları obyektlərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsinə də nail olublar. Həmən sual yaranır: kanal üzərində inşa edilən tikilinin yalnız karaxa və qabaq hissəsi, yəni iki kənarı torpaq səthinə toxunur. Görəsən tikilinin özəlləşdirilməsi üçün İmişli rayon icra hakimiyyəti də, daxil olmaqla, İmişli Suvarma Sistemləri idarəsi və digər qurumlar ərazinin sahəsini hansı prinsiplə hesablayıb sənəd təqdim ediblər? Axı tikilinin iki sahili birləşdirən hissəsindən başqa digər hissələri haada qalır. Bəyəm İmişli Suvarma Sistemləri idarəsi su hövzələrinə qulluq və ya nəzarəti o qədər ideal həyata keçirir ki, artıq havaya nəzarət funksiyasına da iddia edir? Və ya imişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev masasının üstünə gələn sənədi imzalayarkən müvafiq əraziyə baxş keçirmirmi? Rayon mərkəzində inşa edilən müxtəlif təyinatlı obyektlərlə bağlı İH-də komissiya fəaliyyət göstərmirmi?

Yəqin ki, bütün suallara müsbət cavablar da var. Bəs elə isə rayon icra hakimimyyətinin inzibati binasının arxasıında, yolun əks istiqamətində, məhz rayon mərkəzini iki hissəyə bölən kanalın üzərindəki tikililərdən dolayı antisanitariya və yolxucu xəstəliklər mənbəyinə çevrildiyini nədən görmək istəmirlər. Axı əksər rayon rəhbərliyi ən azından rayon bazarına gedərkən belə həmin ürək bulandırıcı mənzərənin şahidi olurlar. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd etdi ki, “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir.” Yuxarıda qeyd edilən məsələlər heç də İmişlinin ucqar kəndində deyil, məhz şəhərin mərkəzindədir. Nədən minlərlə sakini olan bir şəhərin əhalisi hər gün bu biabrçılıqların şahidi olmalıdır? Yay-qış zibil qalaqlarının üstündən keçib, üfunət qoxusunu udmalıdır? Axı bu məsələyə cavabdeh qurumların rəhbərlərinin hansı öz həyətlərinin və ya xidməti otaqlarının qapısının bu cür ürək bulandırıcı mənzərəyə açılmasına razı olar? Xatırladaq ki, İmişlidə Əhməd Əhmədzadənin rəhbərlik etdyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan Bəhramtəpə Hidroqovşaq idarəsi, Kollektorların İstismarı və Bərpası idarəsi, İmişli Suvarma Sistemləri idarəsi, Mərkəzi Mil - Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsi fəaliyyət göstərir. Bir müddət öncə Kollektorların İstismarı və Bərpası və İmişli Suvarma Sistemləri idarələrinə nəzarət funksiyası Fövqəladə Hallar nazirliyinə həvalə edildi. İllərlə baxımsızlıqdan kənarları keçilməz kollarla “sərhədlənmiş”, içərisi texniki avadanlıqlar vasitəsilə uzun müddət təmizlənmədiyi üçün bərbad vəziyyətdə olan kanalları FHN nəzarətə götürdükdən sonra qısa müddətdə ikitərəfli qazma və təmizləmə işlərinə start verildi. Həmin su kanallarına nəzarət funksiyası Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidəki müəssisələrində olduğu dönəmdə də bu işləri görmək mümükün deyildimi?

Ən azından dövlət büdcəsindən həmin işlərin görülməsi üçün vəsait belə nəzərdə tutlub. Bəs elə isə nədən bu işə məsul olan müəssisə rəhbərlərindən görmədiyi işlərlə bağlı hesab sorulmur? Bəlkə dövlət büdcəsindən ayrılan vəsait həmin işlərlə bağlı deyil, yalnız ilin “DÖRD FƏSİLİNDƏ” yaranmış ÜLVİ hisslərin “HİLTON”dakı vəhdəti üçün imiş?
P.S. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq.
Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...
Əhmədzadənin adamı natəmizlik yaradır...

Geri qayıt