Əsas Səhifə > Sosial, Manşet > Rövşən Bağırov bilirmi ki...
Rövşən Bağırov bilirmi ki...14-11-2016, 08:58 |
Davradibi – Lerik rayonunun Tikəbənd inzibati ərazi vahidliyinə daxil olan təqribən 45 ailəlik bir kənddir. Son vaxtlar aramsız yağış Peştəsər silsiləsinin ətəyindəki bu kəndə xeyli zərər vurub. Əsasən də kənddə torpaq sürüşməsi aktivləşib. Bir neçə ev təhlükə altına düşüb. DİA.AZ-ln məlumatına görə, kənd sakini Elçin Ağayev danışır ki, gözdən-könüldən uzaq Davradibində torpaq sürüşməsi oktyabrın 18-dən aktivləşib: “Kəndimizdəki durum haqqında heç yerdə yazılmır, heç bir tədbir görülmür. Halbuki, son günlər sürüşən məkanlardan biri də elə bizim kənddir. 45 evdən azı 5-i sürüşməyə məruz qalıb, qəzalı vəziyyətə düşüb. Şəxsən mənim evimdə bu dəqiqə yaşamaq təhlükəlidir”. Kənd sakininin sözlərinə görə, leysanlardan sonra həyəti su basıb, torpaq cadar-cadar olaraq aralanıb, ev əyilib. Həyətdə təqribən 200 metr uzunluğunda dərin yarıqlar əmələ gəlib. Bu yarıqlar getdikcə artır. Bir az da belə davam etsə, onsuz da acınacaqlı olan durum daha da ağırlaşacaq. Dağılmaq təhlükəsi ilə üz-üzə qalan birotaqlı evdə 7 nəfər – özü, iki azyaşlı övladı, iki xəstə bacısı, anası və həyat yoldaşı yaşayır. Elçin dərdini kimə desin, bilmir. Onun sözlərinə görə, 3 gün əvvəl Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri gələrək qeydlər aparıblar və ərazidəki durumla bağlı yerli icra hakimiyyətini məlumatlandıracaqlarını deyiblər. Geri qayıt |