Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarova qarşı icra başçılarının güc nümayişi:

Mikayıl Cabbarova qarşı icra başçılarının güc nümayişi:


20-08-2016, 10:17
Mikayıl Cabbarova qarşı icra başçılarının güc nümayişi:
Xəbər verdiyimiz kimi, bu günlərdə müəllimlərin işə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Etirazçılar bildirir ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb. Hicablı qadınlar isə müsabiqədə birmənalı olaraq keçirilməyiblər. Aksiyada iştirak edən müəllimlərin sözlərinə görə, Bakıda və mərkəzi rayonlarında yerləşən təhsil müəssisələrində vakant yerlərin sayı çox az göstərilir. Bəzi bölgələrdə isə vakant yerlər direktorlar tərəfindən satılır.
Qeyd edək ki, aksiyada iştirak edən müəllimlər dəfələrlə mətbuata müraciət edərək yüksək bal toplamalarına baxmayaraq vakansiya verilməməsindən, vakant yerlərin satılmasından şikayət ediblər. Onlar dəfələrlə Təhsil Nazirliyinə şikayət etsələr də şikayətlərinə baxılmadığını iddia edirlər. Vəziyyəti dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu Cümhuriyyət. az-a bildirib ki, bütün bunlar icra orqanları ilə Təhsil Nazirliyi (TN) arasında gedən mübarizənin nəticəsidir : «Faktiki olaraq məktəb direktorları icra başçılarına tabedirlər. İcra başçıları minbir yolla sabiq məktəb direktorlarını işdə saxlmağa çalışırlar. Hətta iş o yerə çatıb ki, direktorların işə qəbulu ilə bağlı TN dən cəhd olanda icra başçıları konkret olaraq buna qarşı çıxırlar. Təhsil Nazirliyi qarşısına belə sual qoyurlar: Siz yeni direktorlarla seçki keçirə biləcəksinizmi?” Ümunmiyyətlə, təhsil orqanları siyasi quruma çevrilib. Seçki məhz məktəblərdə saxtalaşdırılır. Onlara siyasət ciddi şəkildə təsir göstərir. Və bu təsir imkan vermir ki, onlar müstəqil addımlar atsınlar, təhsildə islahat aparsınlar. Bu icra başçıları ilə TN arasında gedən mübarizənin nəticəsidir ».
Ekspertin qənaətincə , icra orqanıları sabiq məktəb direktorlarını saxlamaqda maraqlıdırlar : «Ona görə də, məktəb direktorları hesab edirlər ki, korrupsiyalaşmaları onlara daha çox sərf edir. Direktorlar vakant yerləri gizlədirlər. Müəllimlərə hansısa yolla təzyiq göstərirlər. Neçə vaxtı məktəb direktorları birinci mərhələdən keçib. İkinci müsabiqə mərhələsini uzadırlar. Onun da nəticəsi yoxdur. Çünki icra başçıları buna imkan vermir. Baxın, Lənkəran rayonun Separadi kənd orta məktəbi 2014-cü ildən məktəb direktoru postuna vakansiya elan edib. Bura iki nəfər imtihan verib. Məktəbin keçmiş direktoru 13 bal toplayıb. Digər namizəd isə 54 bal yığıb. Ölkədə 5 məktəb direktorunun göstəricilərindən biri də budur. Baxın, onu müxtəlif bəhanələrlə müsabiqədən keçirmirlər. Buna maneəni Təhsil nazirliyi törətmir. Məlum zidiyyətlər bu cür yaranıb. Müəllimlərin işə qəbuluna dair yaranan problemin kökündə də bu məsələ dayanır”.

Geri qayıt