Əsas Səhifə > Sosial, Manşet > Sabiq icra başçısı övladını məhkəməyə verib

Sabiq icra başçısı övladını məhkəməyə verib


2-06-2016, 09:05
Sabiq icra başçısı övladını məhkəməyə verib
Vətəninfo.az-a ölkə prezidenti tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılan icra başçılarından biri ilə bağlı ilginc bir məlumat daxil olub.Məlumatda iddia edilir ki,bu icra başçısı öz doğmaca övladını məhkəməyə verib.

Səbəb isə övladının atasından gizlin bank hesabı açması və bu hesaba nə az nə çox düz yüz min manat vəsait qoymasıdır.

Məlumata görə,vəziyyət o həddə çatıb ki.sabiq icra başçısı övladın evdən belə qovub.Övladını evədn qovması ilə rahatlaşmayan ata onu məhkəməyə verib.

Məlumatda iddia edilir ki, məhkəmə prosesi hazırda Bakının rayonlarından birində gedir və sabiq icra başçısı övladının hesabındakı yüz min manata sahib olmaq istəyir.

Məlumatda səsləndirilənlərin nə qədər doğru və yalan olduğun bilməsəkdə,amma məlumatda adı hallanan sabiq icra başçısı ilə bağlı son zamanlar yayılan məlumatlar göstərir ki, övladı da atasının bundan sonra hansısa vəzifəyə qoyulmadığını anladığından atasından müəyyən qədər vəsaiti çırpışdırmaq qərarına gəlib.Görünür sabiq icra başçısı o qədər xəsis olub ki.yığdıqlarından övladına belə verməkdə xəsislik edib.

Redaksiyadan: Məlumatı redaksiyamıza ötürən mənbənin verdiyi məlumatda həmin icra başçısının kim olduğu qeyd edilsə də,biz yenə də həmin sabiq icra başçısı ilə bağlı məhkəmənin hansı hakimdə və iddianamədə nələr var onu dəqiq bilmədiyimizdən adını hallandırmaq istəmədik.Amma oxucularımızın diqqətinə çatırırıq ki,məlumatı tam olaraq araşdırdıqdan sonra həmin sabiq icra başçısının adı da açıqlanacaq.

Geri qayıt