Əsas Səhifə > Araşdırma / Manşet > "Unibank kartdakı pulumu oğurlayıb..."
"Unibank kartdakı pulumu oğurlayıb..."Bu gün, 12:06 |
|
"Deməli, atamın əməliyyatı üçün Leokart hesabıma pul qoymuşdum. Və vergidən yayınma olmasın deyə əməliyyatın ödənişini birbaşa kartla etmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu jurnalist Elmar Abilov özünün sosial şəbəkə hesabında bildirib.
O daha sonra başına gələnləri belə nəql edir: "Sonra məlum oldu ki, atam 10 gündür insult keçirib və əməliyyat oluna bilməz. Buna görə klinika əməliyyat üçün ödədiyim pulu elə həmin gün kartıma geri qaytardı.
Bundan sonra Unibank hoqqa verməyə başladı. Pulun kartıma qayıdan günü Unibank-dan zəng gəldi, “müəllim kartınızda yaxşı pul var, onu depozit qoyun, yaxşı pul qazanın” məsləhəti verdilər. Hörmətlə dinləyib, fikirləşərəm deyib, sağollaşdım. Həmin günün səhəri Unibank həmin pulu hesabımdan oğurlayıb. Niyə oğurlayıb deyirəm? Çünki, mənə heç bir məlumat vermədən pulu kartımdan götürüblər. Qaynar xətlərinə zəng etdim. Bildirdilər ki, “sizin ödəniş etdiyiniz posterminalda problem yaranıb, ona görə pul qayıdıb klinikaya, araşdırma aparıb sizə məlumat verərik”. Klinikaya zəng edirəm deyirlər bizlik heç bir problem yoxdu. Pulu kartınıza qaytarmışıq. Bankın mətbuat xidməti isə zəngimə cavab vermədi. Beləcə Unibank bu bir neçə gündə mənim pulumdan qanunsuz şəkildə pul qazanacaq. Bu oğurluq deyil?"
Geri qayıt |