Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Bura səhiyyə ocağıdır, YOXSA?..

Bura səhiyyə ocağıdır, YOXSA?..


Bu gün, 15:12

Redaksiyamıza etibarlı mənbənin verdiyi məlumata görə, ötən gün Kəpəz Hospitalda ölüm hadisəsi baş verib. Həyatını itirən Tunil adlı qadın Almaniya vətəndaşı olub.Məlumata görə, qadının keçirdiyi estetik əməliyyatda adı əvvəllər Səhiyyə Nazirliyi tərəfindən estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.
Yenixeberorg.com: Belə uğursuz əməliyyatlardan biri də ötən ilin avqust ayının 15 də “Etalon" hospitalda baş verib. Mediatvaz.com xəbər verir ki,tanınmış psixoloq Nilufər Abdulla Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən plastik əməliyyat olunub,əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdullanın 3 azyaşlı uşağı qalıb. Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir.1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da Seymur Məmmədov tərəfindən plastik əməliyyat olunub,əməliyyatdan bir neçə gün sonra yaşadığı evdə meyidi aşkarlanıb.Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir azyaşlı uşağı qalıb.Tunil adlı qadının ölümü isə üçüncü ölüm hadisəsi sayılır.Qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə, Kəpəz Hospitala son altı ayda Ariz Cəbrayılov rəhbərlik edir.Redaksiya olaraq Kəpəz Hospitalın rəhbərliyinin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. Yeni faktlar və rəsmi açıqlamalar olduqca material yenilənəcək.

metiatvaz.com


Geri qayıt