Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ...

"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ...


Bu gün, 07:13
"Müştəriyə və onun əməyinə bu qədər hörmətsizlik olmaz..." "DİA-AZ" xəbər verir ki, bunu "Kontakt Home" mağazalar şəbəkəsinə etiraz olaraq "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Etibar Əzizli adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "​2 il əvvəl sizdən 1400 manata kompüter almışam, üstəlik cibimdən əlavə pul ödəyib "Qızıl Zəmanət" də yazdıran müştəriyəm.
​3 həftə əvvəl kompüterin sadəcə korpusunda qırıq var idi deyə gətirib verdim servisinizə ki, korpusu dəyişəsiniz. 16 gün keçdi, nə bir zəng var, nə bir xəbər. Özüm zəng elədim, dediniz "korpus yoxdur, gəlin sizə təzə kompüter verək".
​Bura qədər hər şey normal görünə bilər. Amma servisə gedəndə başıma gələnlərə baxın:
Soruşuram ki, mənim kompüterimdə illərin əməyi, vacib fayllarım var, onları yeni kompüterə necə köçürəcəksiniz? Rahatca cavab verirlər ki, "biz sizin kompüteri artıq format eləyib atmışıq utilizasiyaya (məhvə)".
​Məndən soruşmadan, icazə almadan mənim bütün fayllarımı necə silə bilərsiniz?! Mən sizə kompüteri format eləməyə verməmişdim, korpusunu dəyişməyə vermişdim!
​Üstəlik indi də deyirsiniz ki, o modeldən yoxdur, götürün bu 1400 manatlıq kuponu başqa şey alın. Qardaş, 2 il əvvəlki 1400 manatla indiki qiymətlər bir deyil axı! Mən bu gün həmin kuponla servisə verdiyim kompüterin yarısı gücündə olanını belə ala bilmirəm!
​Mənim tələbim aydındır:
​Mənim kompüterimi necə götürmüşdünüzsə, silinmiş fayllarımı da bərpa edib özümə qaytarın!
​Bərpa edə bilmirsinizsə, mənim kompüterimin parametrlərinə cavab verən YENİ kompüter verin!
​Heç bir işə yaramayan "Qızıl Zəmanət"ə aldığınız pulu da geri qaytarın!
​Günlərdir qaynar xəttinizə zəng edirəm, hər dəfə "24 saat ərzində sizə zəng edəcəyik" deyib vaxt uzadırsınız, başdan eləyirsiniz.
​Açıq şəkildə bildirirəm: Əgər məsələ qısa zamanda həll olunmazsa, bu baş verən qanunsuzluğu və özbaşınalığı media orqanlarında, sosial şəbəkələrdə geniş işıqlandırmaqla yanaşı, pozulmuş hüquqlarımı və dəymiş zərəri qanun çərçivəsində sonuna qədər tələb edəcəm..."

Geri qayıt