Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?"

"Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?"


Bu gün, 17:02

" "Azəriqaz" İstehsalat Birliyi-nin əməkdaşları, yaşadlğımız mənzilin qapısına təhlükəsiszlik tələblərinə görə müayinə ilə bağlı bildiriş qoyublar ki, yoxlanış üçün şərait yaradaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist İradə Nurəddinqızı yazıb.

Jurnalist daha sonra başına gələnləri belə nəql edir: "Bildirişdəki əlaqə nömrəsinə zəng vurub deyirəm 09.30-da gəlin həmin saatda evdə olacam. Mənə deyir ki, bizim işimiz 10:00-da başlayır. Mən idarəyə getməliyəm sonra gəlməliyəm. Deyirəm 18:00-dan sonra gəlin, deyir iş saatım qurtarır həmin vaxt, problem mənim deyil, siz şərait yaradın müayinə üçün, siz işə gedirsiz başqa adam olsun.

Anlamır ki, evdə iş saatları vaxtında heç kəs olmur. Deyirəm şərait yaradıram, indi nə edək biz işə getməyək? .. Cavab olaraq qarşı tərəf telefonu söndürür…

Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?"


Geri qayıt