Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Müharibə əlilinin QANINI BATIRIRLAR

Müharibə əlilinin QANINI BATIRIRLAR


Bu gün, 07:18
"​Cənab Prezident! ​Bir müharibə əlilinin oğlu və vətəndaş olaraq Sizə üz tutub, ailəmizin məruz qaldığı böyük haqsızlığa qarşı ədalətin bərpa olunması üçün bu işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Siyəzən rayonu, Molla Vəli Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlunun ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: " ​"Mərkəzi Klinika" MMC-nin həkim-kardioloqu Firdovsi İbrahimovun 26 aprel 2025-ci il tarixində (həftənin şənbə günü) özünün birbaşa təyin etdiyi kontrol müayinədən əsassız imtina etməsi nəticəsində, 2-ci qrup müharibə əlili olan atam Zeynalov Qabil Mabəddin oğlu səhəri gün — 27 aprel 2025-ci il tarixində ürək çatışmazlığı diaqnozu ilə vəfat etmişdir. Bu faktla bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunun qəbul etdiyi 15 avqust 2025-ci il tarixli, № 174-C-25 saylı "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qanunsuz və əsassız qərarından 28 fevral 2026-cı il tarixində Baş Prokurorun birinci müavini cənab Elçin Məmmədovun adına 13 vərəqlik geniş, faktlarla əsaslandırılmış şikayət ərizəsi ilə rəsmi müraciət etmişdim. Həmin şikayətimdən sonra iş yenidən araşdırmaya verilmişdir.
Cənab Prezident, dövlətimizin müharibə əlillərinə göstərdiyi yüksək diqqət hər kəsə məlumdur. Bir müharibə əlilinin qanının bir həkimin səhlənkarlığı ucbatından belə asanlıqla batırılmaması, məsələnin obyektiv araşdırılması və bu işin üstünün tam açılmasından ötrü bu işi şəxsən nəzarətə götürməyinizi Sizdən müharibə əlilinin oğlu kimi xahiş edirəm.
Ədalətin bərqərar olacağına inanıram..."

Geri qayıt