Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR!
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR!Bu gün, 12:08 |
|
Yaşayış binalarına edilən artırmalar, binaların altında bəzi obyektlərin fəaliyyəti qanunla qadağan edilsə də, Binəqədi rayonunda bu qadağaya əməl edən yoxdur. Tribuna.az-a bu barədə yazan sakinlər bildirib ki, rayonun Səttar Bəhlulzadə küçəsində yaşayış binasının altına obyekt üçün əlavə artırma inşa edilir. Sakinlər bildirib ki, binaya bitişik artıq dəmir konstruksiyalar quraşdırılıb. Əlavə qapı açılıb və dəmir konstruksiyalı pilləkən də bərkidilib. Sakinlərin sözlərinə görə, binanın altında olan obyektlərin hamısı əlavə artırmalar edib ki, bu da qanunla qadağandır. Belə artırmalar sakinləri həm də təhlükəsizliyə görə narahat edir: Sakinlər tezliklə bu özbaşınalığın qarşısının alınmasını tələb edir. Geri qayıt |