Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > İLGİNC FAKT: Fuad Nəcəfli Vasif Talıbova da `atıbmış...`

İLGİNC FAKT: Fuad Nəcəfli Vasif Talıbova da `atıbmış...`


20-02-2026, 15:11

"İlk günlər rahat oldu. Deyilirdi ki, Fuad Nəcəfli Vasif Talıbova söz verib ki, onun biznesinə dəyməyəcək. Amma Fuad Nəcəfli sözünün üstündə durmadı. Ümumiyyətlə, Nəcəfli üçün hansısa insani dəyər, etiket mövcud deyil. Sonradan bunu elə "yuxarıdakılar" da gördü. Ona görə də Nəcəfli görəv başında çox otura bilmədi". "DİA-AZ" xəbər verir ki, bunu redaksiyamıza bildirən mötəbər mənbə Prezidentin Naxçıvan Muxtar Respublikasındakı keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin fəaliyyəti ilə bağlı ilginc faktları da açıqlayıb.

Mənbə iddia edir ki, olduqca tamahkar olan Fuad Nəcəfli əslində özünə yeni XANLIQ qurmaq fikrinə düşüb: "O "yuxarıları" da əmin etməyə çalışırdı ki, Naxçıvan camaatına tam sərbəstlik vermək olmaz. Vasif Talıbovdan sonra rejimi nisbətən yumşaq rejimlə əvəz etmək lazımdır. Əslində özünə yeni XANLIQ qururdu".

Mənbə bildirir ki, Vasif Talıbova aid külli miqdarda pul vəsaiti Fuad Nəcəfli tərəfindən mənimsənilib: "Bu barədə Fuad Nəcəflinin ilk təyinat günlərində söz-söhbət dolaşırdı. Ehtimal olunur ki, nağd şəkildə 4 milyon dollara yaxın vəsait və müəyyən qədər də avro Fuad Nəcəfrlinin adamları tərəfindən götürülüb. Konkret haradan götürüldüyü deyilmir, amma əl qoyulan pullar yüz faiz Vasif Talıbovun idi və sonradan bununla bağlı tərəflər arasında aparılan danışıqlarda da müzakirə açıldı, amma Fuad Nəcəfli boynundan atdı..."

Qeyd edək ki, redaksiyamıza Fuad Nəcəfli ilə bağlı başqa ilginc faktlar da daxil olub... Bu barədə növbəti dəfə...


Geri qayıt