Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Bu təhsil idarəsini BAZARA ÇEVİRİBLƏR

Bu təhsil idarəsini BAZARA ÇEVİRİBLƏR


Bu gün, 06:49

Ötən ilin yayında bir sıra xəbər saytlarında, o cümlədən Bakunews.az müstəqil xəbər portalında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin balansında olan bəzi məktəblərdə vakansiyaların gizlədilməsi ilə bağlı müəllimlərin şikayətləri əsasında çoxsaylı yazılar dərc olunub.

Yazılardan sonra şikayət edən müəllimlərin bir qismi sosial şəbəkələr vasitəsilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətova təşəkkür edərək, problemin aradan qaldırılacağına dair onlara söz verildiyini bildiriblər. Bildirilir ki, müraciət edən müəllimlər işlə təmin olunsa da, digər məktəblərdə eyni problemlər qalmaqda davam edir.

Etibarlı mənbənin Bakunews.az-a verdiyi məlumata görə, vakansiyaların gizlədilməsi məktəb direktorlarının təşəbbüsü deyil və bu proses Regional Təhsil İdarəsinin göstərişi ilə, daha dəqiq desək, İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətovun tapşırığı əsasında həyata keçirilir.

Hazırda da bir sıra məktəblərdə oxşar halların davam etdiyi bildirilir. Belə ki, Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbdə Fizika, Fiziki tərbiyə və Tarix fənləri üzrə vakant yerlərin gizlədildiyi iddia olunur. Eyni zamanda, Xaçmaz rayon Pirquluoba kənd ümumi orta məktəbində Riyaziyyat və Fizika fənləri üzrə vakansiyaların elan edilmədiyi və həmin dərslərin informatika müəllimi tərəfindən tədris olunduğu qeyd edilir.

Bundan başqa, Xaçmaz rayon Çaykənarı məktəbində də oxşar vəziyyətin yaşandığı bildirilir. Məlumata görə, ictimai müzakirələrdən sonra Coğrafiya fənni vakansiyaya çıxarılsa da, Texnologiya fənninin hələ də vakansiyaya təqdim edilmədiyi iddia olunur.

Mövcud qaydalara əsasən, müəllimin ixtisası Tarix–Coğrafiya, Riyaziyyat–Fizika və ya Riyaziyyat–İnformatika olsa belə, yalnız bir fənn üzrə sertifikasiyada iştirak edə və bir fənni tədris edə bilər. Bu baxımdan, bəzi məktəblərdə bir müəllimin eyni vaxtda bir neçə fənni tədris etməsi suallar doğurur.

Bakunews.az 


Geri qayıt