Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > 'Siyəzənneft'də havaya sovrulan DÖVLƏT VƏSAİTİ...

'Siyəzənneft'də havaya sovrulan DÖVLƏT VƏSAİTİ...


3-01-2026, 06:35

"Uzun müddətdir "Siyəzənneft" NQÇİ -nin Zağlı Zeyvə ərazisində faydasız yataqlarda sənaye əhəmiyyəti olmayan, iqtisadi baxımdan səmərisiz qazma işləri aparılması hər işçiyə məlumdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində SOCAR işçisi Zamiq Əliyev yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Bu hal ciddi maddi ziyan və hüquqi baxımdan ciddi məsuliyyət yaradır. Düşünürəm ki, bizim rəhbərlik də bunun fərqindədir və bu birbaşa maliyyə itkisidir. Bu cür fəaliyyət perespektivli yataqlara yönəldilməli olan investisiyanın itirlməsidir. Dövlət və ya müəssisə büdcəsinin səmərəsiz xərclənməsidir və gələcəkdə quyuların sonradan ləğvi üçün də əlavə xərclər yaradır və nəticədə istehsalat xərci artır. Amma hasilat aşağı düşür. Belə olan halda qazma fondu ölü səmərisiz qyularla dolur və hasilatın planlanması mexanizmi pozulur.
Bu vəziyyət hüquqi baxımdan böyük məsuliyyət doğurur ki, bu da birinci növbədə Yerin Təki haqqında qanuna zidd hesab olunur.
Həmin qanuna əsasən, yerin təki səmərəli və məqsədyönlü istifadə olunmalıdır. Faydasız yataqlarda qazma yer təkinin israfı sayılır.
Bu hal Cinayət Məcəlləsinin 179 -cu maddəsinə əsasən yuxarı instansiyanın etibarından istifadə etməklə müəyyən məsimsəmələrə yol vermək hesab olunur.
Cinayət Məcəlləsinn 255 -ci maddəsinə əsasən yerin təkinin qorunması qaydalarının bilərəkdən pozulmasıdır.Eyni zamanda da büdcə gəlirlərinin səmərisiz istifadə edilməsinə şərait yaradır.
İdarəetmə baxımından məsələyə yanaşıldıqda bu idarəçilik boşluğu, səhvi, məsuliyyətsizliyidir və iqtisadi cinayət riski daşıyır. Müəssisənin maliyyə xərclərinin artmasına və süni zərərin formalaşmasına səbəb olur ki bu da idarənin imicinə ciddi zərbə vurur.
Qısaca desək faydasız yataqlarda bilərək ya da səriştəsizlikdən aparılan qazma işləri qanuna ziddir iqtisadi baxımdan zərərlidir dövlət maraqlarına ziddir və hüquqi məsuliyyət yaradır.
Dövlət vəsaitinin boşuna səmərəsiz xərclənməsi əvəzinə idarənin faydalı sahələrində qazma işləri aparılması gərəkir. "Siyəzənneft"in Göl sahəsi deyilən ərazi bütün köhnə işçilərin müşahidəsinə görə, daha səmərli hesab edilir. Sabiq rəis Ayaz Bağırovun dövründə həmin sahədə quyular qazılması üçün yerlər təyin edilmişdir. Lakin ya Ayaz Bağırov buna imkan vermədi, ya da onu başqa NQÇİ-nə təyin etdikləri üçün bu işin üstünə düşən olmadı. Oxuduğum qədər Siyəzənneft NQÇİ-də yerin təkində 20 -30 milyon ton neft var bu neft gələcək nəsillərin də faydası üçün düzgün istismar edilə bilər və nəticədə rayonun iqtisadi vəziyyəti yaxşılaşmaqla yanaşı dövlət büdcəsinə də öz töhfələrini verə bilər. İdarənin bilərəkdən ya da səriştəsizlikdən məhv edilməsi etibarsızlaşdırlması bir vicdan problemidir. Bu faktın araşıdırlması və tədbirlərin görülməsi lüzumludur".

Geri qayıt