Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Bunun adı biabırçılıq deyilsə, bəs nədir..."
"Bunun adı biabırçılıq deyilsə, bəs nədir..."Bu gün, 03:48 |
|
"2026-ın ilk şikayətini təəssüf ki, Birbank'dan yazmalı oluram..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Kənan Məcidov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Uzun illərdir Kapital Bankın aktiv müştərisiyəm, 6-cı ildir ki, Birbank Miles kartını aktiv olaraq istifafə edirəm. Bu müddətdə dəfələrlə xeyli sayda səyahətçi tanışıma real olaraq Miles kartımı tövsiyyə etmişəm.
Əvvəllər mövcud olan 5000AZN-lik komissiyasız köçürmə və məxaric limiti 3000ə düşdükdən sonra, habelə, millərin toplanması 2 dəfə azaldıqdan sonra (1AZN 1 Mil) bu kartı istifadə etməyə davam etmişəm, baxmayaraq ki, miles kartı olaraq artıq üstünlüklərini itirib.
Amma və lakin, Birbank nə edib?! Noyabr sonundan sonra "seçilmiş" müştərilər siyahısına niyəsə məni də daxil edib, aylıq 3000AZN komissiyasız köçürmə/məxaric limitini 0-a endirib. Bunun adı biabırçılıq deyilsə nədir? Müştəriyə verilən dəyər budurmu?
Dəstək əməkdaşının verdiyi copy-paste cavabı da əlavə edirəm. Copy paste komik cavabda deyilir ki "kartı daha çox əməliyyatda istifadə etsəniz limit dəyişə bilər". Mənim kartımın limitini 0-layan əməkdaş görəsən bu qərarı verməzdən öncə əməliyyat tarixçəmə baxıbmı?
Dəqiq bilirəm ki, bu qrupu Birbank-da olan idarəçilər oxuyurlar, əminəm ki, limitimin səbəbsiz yerə sıfırlanması məsələsinə yenidən baxılıb adekvat qərar veriləcək..."
Geri qayıt |