Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..."

"Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..."


Bu gün, 06:51

"Cənab Prezidentimiz, mən sizə dəfələrlə elektron müraciətlər etmişəm, Allah sizdən razı olsun. Bütün Problemlərim haqqında hər birinin həll olması üçün tapşırıqlarınızı bildirmisiz və problemlər həlli qaydasını tapıb..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin işçisi Elmin Rəhimov qeyd edib.

O daha sonra müraciətində belə davam edir: "Mən Azəriqaz İB təmir tikinti idarəsi 1 saylı təmir quraşdırma sahəsində 5-ci dərəcəli təmirçi çilingər peşəsində on beş ildi işləyirəm. İyul ayından Dekabr ayına kimi mən işlədiyim idarədə zəhmət haqqımı vaxtlı-vaxtında ala bilmirəm. Hətta 23 dekabr tarixində mənzuyyət pulum belə ödənilməyib. Bu və digər haqsızlarla üzlədiyim məsələlər olub, fikirimi bildirirəm deyirlər, demaqoqluq edirsən.

 Mən sizdən xahiş edirəm artıq ailə uşaq içində bir valideyin kimi utanıram. Göydə Allah, yerdə Sizin umudunza qalaraq sizdən kömək istəyirəm.

31 Dekabr bayram gününü "Kingsmart" supermarketinin 54.90 qəpiklik bonusuyla qeyd edirik. Xahiş edirik, bizim sosial yaşayışımza baxış edilsin..."


Geri qayıt