Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > TƏBİB yeni qaydası ilə xəstələri zülmə salıb...

TƏBİB yeni qaydası ilə xəstələri zülmə salıb...


28-12-2025, 06:36

"Uşağın qızdırması var idi. Sahə həkimi daş atıb başını tutdu: "Sistem yaza bilmirəm, uşağı təcili aparın TƏBİBin balansında olan Qarayev adına Pediatriya Xəstəxanasına. Bizim sistem yazmağa icazəmiz yoxdur.”
Apardım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev qeyd edib.
O daha sonra bildirir: "Qarayev adına xəstəxanada isə cəmi bir həkim var – Toma həkim. Xəstə uşaqların hamısına o baxır.
Əgər uşağa sistem yazılırsa, içəri keçirilir (sistem şlankı və kəpənəyi də özümə aldırdılar) – 4–5 uşağa sistem qoşulur. Qalan qızdırmalı uşaqlar isə kravatda uzanıb növbə gözləyir.
Ən maraqlısı nədir?
Qeydiyyatçı da, Toma həkim də biləndə ki, uşağı sahə həkimi göndərib, əsəbləşirlər:
“Qəsdən edirlər”, – dedilər
Mən də düşünürəm ki, qəsdən edirlər.
Axı sən də həkimsən, Qarayevdəki də həkimdir.
Niyə ora yönləndirirsən?
TƏBİB, bu suala cavab verməyənə qədər səni bezdirəcəm: "Sahə həkiminin niyə sistem yazmağa icazəsi yoxdur?" 
Xəstəxanaya gələn bütün valideynlər eyni sözü deyirdi: “Sahə həkimi deyir ki, bizim sistem yazmağa icazəmiz yoxdur.”
Bu təsadüf DEYİL. Bu artıq TƏBİB-in problemidir.
Və bu problemin ortasında qalan xəstə uşaqlardır..."


Geri qayıt