Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > III rüblük hesabat bankı ifşa edib...
III rüblük hesabat bankı ifşa edib...Bu gün, 13:08 |
|
Bildiyiniz kimi, Ziraat Bankın 30 sentyabr 2025-ci il tarixində "ZİRAAT BANK AZƏRBAYCAN" Açıq Səhmdar Cəmiyyəti III rüblük hesabatını açıqlayıb. 32gun.az portalı bu hesabat barədə araşdırma aparıb və məlum olub ki, mənfəət və zərər hesabatı bankın fəaliyyətində müəyyən risklərin mövcud olduğunu göstərir. Faiz gəlirləri artıb, xərclər daha sürətlə yüksəlir İlin əvvəlindən hesabat tarixinədək bankın faiz gəlirləri 56,275 milyon manat olub, keçən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunur (39,332 milyon manat). Əsas gəlir mənbəyi kreditlər üzrə faizlərdir – 43,364 milyon manat. Lakin faiz xərcləri sürətlə artaraq 24,856 milyon manata çatıb, xüsusilə depozitlər üzrə ödənilən faizlər 14,593 milyon manat təşkil edir. Bu göstərici xalis faiz gəlirinə təzyiq yaradıb bankın maliyyə balansında gərginlik yarada bilər. Qeyri-faiz gəlirləri və zərərlər
Aktivlər üzrə ehtiyatlar və kredit riski Əməliyyat mənfəəti 29,229 milyon manat təşkil etsə də, aktivlər üzrə ehtiyatlara ayırmalar 5,848 milyon manata çatıb. Banklararası tələblər üzrə ehtiyatlar 1,250 milyon manatdır. Bəzi investisiya və qiymətli kağızlar üzrə ehtiyatların mənfi göstəricilərə çevrilməsi bankın aktiv risklərinin mövcudluğunu açıq şəkildə göstərir. Müştərilərə kredit itkiləri üçün ayrılan ehtiyat 4,680 milyon manat olub, keçən ilin 9,345 milyon manatından aşağıdır. Bu isə kredit risklərinin azaldığını göstərsə də, digər aktiv riskləri ciddi olaraq qalır. Mənfəət göstəriciləri və risklərin ümumi təsiri Vergilərdən əvvəl mənfəət 23,487 milyon manat, xalis mənfəət isə 18,362 milyon manat olub. Bankın elan olunmuş dividendləri isə 0 manat təşkil edib. Hesabat göstərir ki, artan faiz xərcləri, qiymətli kağız portfelindəki zərərlər və banklararası tələblər üzrə ehtiyatların yüksəlməsi bankın cari maliyyə risklərini ortaya qoyur. Hüquqi məlumat xatırlatma:
Geri qayıt |