Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır
“Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradırBu gün, 16:32 |
|
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev – 6732 m2) təmir işlərinin satın alınması üzrə “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.355.267,37 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 13.11.2025-ci ildə dərc edilib. Qeyd edək ki, “BƏYAZ İNŞAAT” MMC Qarabağda quruculuq işlərinə çox az bir müddətdir başlamasına baxmayaraq artıq bir neçə qurum tərəfindən iri həcmli layihələrə cəlb edilib və müqavilələr bağlayıb. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi də 23.09.2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq etməklə Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri üzrə “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 675.786,24 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “BƏYAZ İNŞAAT” MMC ilə onda iki ay əvvəl, 09.07.2025-ci ildə Ağdərə rayonu Vəngli kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri üzrə də müqavilə bağlayıb. Bu tenderdə də bir mənbədən satınalma metodu tətbiq edilib və müqavilənin dəyəri 2.885.632,49 manat təşkil edib. Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” də, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti də bir mənbədən satınalma metodu tətbiq etməklə “BƏYAZ İNŞAAT” MMC ilə son 3-4 ay ərzində ümumi dəyəri 6 milyon manata yaxın olan üç satınalma müqaviləsi bağlayıb. Bəs, Bu dövlət qurumlarının son üç ayda satınalma müqaviləsi bağladığı “BƏYAZ İNŞAAT” MMC bu iri həcmli sifarişləri yerinə yetirmək iqtidarındadırmı? Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BƏYAZ İNŞAAT” (VÖEN: 2001329971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.10.2008-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2318708 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, GÖRƏDİL, N.SALAYEV, ev.8, qanuni təmsilçisi kimi isə Yusifli Yusif Eldar oğlu qeyd olunub. Məmmədsaadov Səyyadi Nəsib oğlu (həm də “QARA ÇAY” şirkətinin qanuni təmsilçisidir.) Faxri Amircanov ayrı-ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər. Qeyd edək ki, Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin 2008-ci ildə İbrahimov Raqif Tapdıq oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Raqif İbrahimov kimdir? O, 1984-cü ildən 1992-ci ilə kimi “Sumqayıtkimyasənaye” İstehsalat Birliyində usta, Birliyin baş memarı, şöbə rəisi, idarə rəisinin müavini vəzifələrifndə çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestində idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də Tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə “Mexquraşdırma” İstehsalat-kommersiya firmasında direktor vəzifəsində işləmişdir. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışıb. 17 dekabr 2004-cü ildə və 23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Medianın 2010-cu ilin sentyabrında yaydığı məlumata görə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının 2010-cu ildə parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını nəzərdən keçirib və siyahını təsdiq edib. Həmin siyahıda İbrahimov Raqif Tapdıq oğlu 41 saylı Sumqayıt birinci seçki dairəindən AMİP-in namizədi olub. Bəs, MMC-nin hazırki qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli kimdir? Adı bir çox şübhəli satınalmalarda hallanan “Enerji Constraction”MMC-nin təsisçisi. Qeyd edək ki, Yusif Yusifli ötən il “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata verdiyi açıqlamalarla gündəmə gəlmişdi. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC tərəfindən pullar ödənilmir. Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi. İndi görəsən, Azərişıq” ASC-nin rəsmiləri ilə razılığa gəlib tender udan, qeyri leqal sifarişləri həyata keçirmiş sahibkar yuxarıda adları çəkilən dövlət qurumlarının rəhbər şəxsləri ilə hansı şərtlərlə razılığa gələrək üç ay ərzində 6 milyon manatan yaxın dəyəri olan tenderləri bir mənbədən satınalma metodu ilə əldə edə bilmişdir. İndi kim zəmanət verə bilər ki, Yusif Yusifli “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri ilə əvvəlcədən görüşüb, razılaşdıqdan sonra bu tenderlərdən qalib çıxmayıb? Xatırladaq ki, “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi kimi Yusif Eldar oğlu Yusifli ilə “Azərişıq” ASC arasında qalmaqal 2023-cü ilin sonlarında baş vermişdir. Bu qalmaqal mediada yayıldıqdan sonra “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti heç bir satınalmada qalib olmur. Hazırda isə QSC-nin 3 547 684.06 manat vergi borcu var. Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən etibarsız təchisatşılar siyahısına da salınmayıb. Belə olan təqdirdə Yusif Yusifli nə üçün “Enerji Construction” QSC ilə deyil “BƏYAZ İNŞAAT” MMC ilə satınalmalara qatılır? Çünki, Yusif Yusifli bəzi dairələrdə öz etibarını itirib. Buna baxmayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ona hələ də şərait yaradır. Aktualinfo.net Geri qayıt |