Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > "Bizim əmək son 5 ildə dəyişilməyib..."

"Bizim əmək son 5 ildə dəyişilməyib..."


Bu gün, 14:57

SOCAR Heydər Əliyev adına neftayırma zavodunun 14-cü sahənin kimyəvi-təhlil laborantları , laboraotoriyanın qadın kollektivi adından iş yerlərində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttiçliyi Xidmətinə, İnsan Hüquqlari Müvəkkilə(Ombudsmana) Müraciət ünvanlayıblar. "DİA-AZ" xəbər verir ki, bu paylaşımı öz sosial şəbəkə hesabında təqdim edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda qünunvericiliyə də istinad edərək uyğun önəmli hüquqi izahatı da açıqlayıb. İlk əvbvəl narazı SOCAR əməkdaşının şikayətini təqdim edirik:
"Müraciətdə qeyd olunur ki,
-2022-ci ildə zavodda struktur dəyişikliyi başladı və bununla əlaqədar işçilər təlimlərə göndərildi. Təlimlər başa çatdıqdan sonra işçilərə sertifikat verilməli idi,✅lakin verilmədi
-Təlimdən sonra bütün labarotoriyalarda dəyişiklik baş verdi,lakin bununla əlaqədar bizə imzalamaq və tanışlıq üçün heç bir sənəd təqdim olunmadı və əmək haqqımızda da heç bir dəyişiklik olunmadı
-İki laboratoriya birləşdirilərək (nəzarət və əmtəə) karbohidrogen laboratoriyası yaradıldı. Bizə həm əvvəlki, həm də yeni laboratoriyanın analizlərini aparmaq tapşırıldı. ✅ Lakin bizimlə bağlanmış Əmək Müqaviləsində (06.01.2025 tarixində SİMA tədbiqi vasitəsilə elektron formada yenilənmiş) heç bir dəyişiklik olmadı. Və bizi Əmək Müqaviləmizdə qeyd olunmayan işləri görməyə məcbur etdilər.
Əgər iş rejimi dəyişildisə,bizə əlavə işlər gördüldüsə bu halda Əmək Müqaviləmizdə niyə dəyişiklik olmadı?
-Bu zaman bizi fakt qarşısında qoydular ki, ✅- yeni rəhbərliyimiz (laboratoriya müdiri Volkan Senol ,menecer Ali Özəl) Türkiyədən təyin olunub.Onlar zavodda SOCAR DOWNSTREAM adlı yeni laboratoriya yaradıblar və məhz onlar bütün bu göstərişlərin icrasını tələb edirlər.
-✅2022-ci ildə yaradılan DOWNSTREAM laboratoriyasi işçilərinin əmək haqqı bizim labbaratorinin işçilərinin əmək haqqından iki dəfə yuxarıdır. Halbuku biz eyni işi,üstəlik onların sifarişlərini də yerinə yetiririk.
Bizim əmək son 5 ildə dəyişilməyib.
-2023-cü ildən başlayaraq zavod rəhbərliyi mərhələli şəkildə əmək haqqı artımına başladı (3500 nəfərdən hələ də 700 nəfər keçirilməyib).İki ildən sonra laboratoriyaya 75 nəfərlik siyahi(40 mühəndis,-texniki işçi və35 fəhlə) gəldi.Onların əmək haqqına artım da 01.072025-ci ildə tədbiq olunmalı idi. Qalan əməkdaşlar bu qərarla razılaşmadı,və yuxarı insatansiyalara müraciət etdilər.Artıq üç ay keçməsinə baxmayaraq hələ də heç bir dəyişiklik yoxdur.
-Xəstəlik vərəqələrinin ödənilməsində qanun pozuntuları var
-✅İki ildir ki, zərərli işdə çalışmağımıza baxmayaraq gündəlik südlə və xüsusi geyimlərlə təmin olunmuruq.
İşçilər müvafiq qurumlardan laboratoriyada baş verən bütün qanunsuz halların araşdırılmasının, (xüsusən sənədləşməni), qeyd olunanlara hüquqi rəy verilməsini xahiş edirlər.
Qeyd: İşçi danışanda onu da qeyd etdi ki, laboratoriya rəisi cənab Volkan Senol qeyd etdi ki,biz işə ingilis dili bilənləri qəbul edirik..."
"DİA-AZ" qeyd edir ki, bu gileyi təqdim edən M.Qəhrəmanl daha sonra uyğun qanuni istinadı açıqlayıb:
"SOCAR DOWNSTREAM☝
Azərbaycan Respublikasının Konstitusiyasında deyilir...
Maddə 21. Dövlət dili:
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. ☝
2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 211. (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi) Maddə 207, 209, 215, 222 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmn edilməsi)
- Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
3. İnzibati xətalar Məcəlləsi
Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə:
İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə- min manatdan iki min manatadək məbləğdə cərimə edilir".


Geri qayıt