
Bərdə şəhər 1 saylı orta məktəbdə baş verən qanunsuzluqlar barədə məlumatlar yayılıb. Anxeber.az bildirir ki, məktəb direktoru Səbinə Yusifovanın müəllimlərin və işçilərin əmək haqlarını kəsərək katibəsinin hesabına köçürdüyü vurğulanır. Bununla bağlı səs yazısı da sosial media və onlayn kanallarda yayılıb. Həmin səs yazısı məktəbin əməkdaşına aiddir. Onun sözlərinə görə, texniki işçi kimi rəsmiləşdirilən, əslində, direktorun katibəsi olan bir xanımın hesabına köçürülən vəsaitlər onların halal maaşıdır. Amma direktor S.Yusifova kəsintilərə yol verərək onların pulunu mənimsəyir. Məlum olur ki, direktor saxtakarlığa yol verərək ayrı-ayrı şəxsləri xadimə və s. adlarla işə götürüb, rəsmiləşirib, amma başqa işlər gördürür. Ən əsası isə direktor işçilərin maaşını qanunsuzluğa yol verərək katibəsinə köçürür, sonra mənimsəmələr həyata keçirir. Bu da Əmək Məcəlləsinin 174 və 175-ci maddələrinin pozulması deməkdir. Həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı sayılır. Məktəbin işçiləri məsələ ilə bağlı aparılmasını xahiş edirlər. Elm və Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin S.Yusifovanın əməllərini təftiş etməsi gözlənilir.
Anxeber.az
Geri qayıt
|