Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Naxçıvandan gedənlərə RUS ZÜLMÜ

Naxçıvandan gedənlərə RUS ZÜLMÜ


Bu gün, 06:38

Biləsuvar gömrüyünün əməkdaşları naxçıvanlı sərnişinləri öz qarşılarında diz çökməyə məcbur edirlər. Sərnişinlərdən bəzilərinin hətta, “qaz yerişi”nə məcbur edildiyi bildirilir.

"DİA-AZ" xəbər verir ki, buna səbəb isə, onların sərnişin avtobuslarında Naxçıvandan alıb, Bakıya aparmaq istədikləri bəzi əşyalardır. Yəni, gömrük əməkdaşları Azərbaycanın bir bölgəsindən alınıb, digər bölgəsinə aparılan hər hansı məhsula gömrük qadağası tətbiq edir. 

Qeyd edək ki, Naxçıvan – Bakı və əks istiqamətə işləyən avtobus reysləri İran ərazisindən tranzit istifadə edirlər. Naxçıvanda baqaja vurulan yüklər ilk dəfə İran ərazisini tərk etdikdən sonra Biləsuvar gömrüyündə yoxlanılır.

Hər halda, hətta qaçaqmalçılıq edilsə belə bu kiməsə əsas vermir ki, kimsə Naxçıvan sakinlərinə belə bir işgəncəni yaşatsın. Bəllidir ki, son vaxtlar məhz Rusiya tərəfi qanunsuz elan etdiyi miqrantları müxtəlif alçaldıcı şəkildə təqdim edir. Və bu əsnada miqrantların qazyerişi yetirdilərək fotolarının çəkilməsi xüsusi olaraq ajiotaja səbəb olmuşdu. İndi isə öz gömrük işçilərimiz eyni səbəblə diqqətə gəlib.

Yəqin ki bu məsələyə aydınlıq gətiriləcək.

Vətəndaşların təqdim etdiyi video DAHA ƏTRAFLI...

Geri qayıt