Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır?
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır?Dünən, 16:45 |
Sumqayıt Hospitalında lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşuluqda yaşayan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunur. Bu barədə redaksiyamıza müraciət edən Sevinc Paşayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur. Şikayətçi deyir ki, ötən il Əli Behbudov adlı şəxsdən aldığı evə köçdüyü gündən qonşuluqda yaşayan Elçin Bayramovun əsassız iddiaları ilə qarşılaşıb:
Paşayevanın sözlərinə görə, Elçin Bayramov bu addımları hüquq-mühafizə orqanlarında çalışan yaxın qohumunun dəstəyinə arxalanaraq atdığını açıq şəkildə bəyan edir:
Şikayətçi bildirib ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Sonda Sevinc Paşayeva media vasitəsilə müraciət edərək məsələni ictimailəşdirməyi vacib saydığını bildirib:
Geri qayıt |