Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI...
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI...Bu gün, 11:20 |
Naxçıvanda yerli icra nümayəndələri dövlət işlərini atıb, ipəkqurdu bəsləməyə məcbur edilirlər. İcra hakimlərinin tapşırığı əsasında onlar öz ciblərinin pulu ilə bu qurdları bəsləməlidirlər. Şikayətçi icra nümayəndələri “Gündəlik Naxçıvana”a bildirirlər ki, günləri kəndlərdən tut yarpağı toplayıb, barama yemləməklə keçir.
Naxçıvanda barama yetişdirmək pilot layihə kimi ötən il sınaqdan keçirilib. Bu il isə, baramaçılığın inkişafı üçün dövlət subsidiya ayırıb. Lakin, yerli Kənd Təsərrüfatı Nazirliyi subsidiyanı təyinatı üzrə xərcləmək yerinə, bu işi icra nümayəndələrin şəxsi vəsaiti hesabına gördürürlər. İcra nümayəndələri iddia edirlər ki, ayrılan subsidiya layihəyə rəhbərlik edən nariz müvaini Xəyalə Dadaşovanın şəxsi büdcəsinə gedir.
Babək rayonunda kəndlərdən birinin adının çəkilməsini istəməyən icra nümayəndəsi deyir ki, barama ytişdirməyə etraz edənlər işdən çıxarılmaqla hədələnirlər:
“Bizim işimiz barama bəsləmək deyil, bu işə dövlət subsidiya ayırır. Bizi işlədib, xərcini çəkdirirlər, ayrılan pul isə, nazirə qalacaq. Eşitdiyimizə görə, baramaların bir hissəsi nazirin şəxsi biznesidir. Babək rayon icra başçısı icra nümayəndələrini nöbəyə salıb. Hər gün bir icra nümayəndəsi 24 saat müddətində Şıxmahmud kəndində yetişdirilən ipəkqurduna tut yarpağı daşıyır. Tut ağacına pul ödəyirik, kəsənə pul veririk, daşımaq üçün maşına da, yemləyənlərə də pulu biz veririk. Adı da olacaq ki, Naxçıvanda ipəkqurdu bəslənilir, barama istehsal olunur.”
Adının çəkilməsini istəməyən digər icra nümayəndəsi isə xərcləri az çıxsın deyə, ailə üzvlərini də bu işə qoşduqlarını deyir:
“Nə az, nə çox hər rayona 40 qutu ipəkqurdu toxumunu paylaşdırıb, bəslənməsini qoyublar nümayəndəliklərin boynuna. Barama istehsalından məlumatlı olanlar bunun nə demək olduğunu, necə çətin olduğunu yaxşı bilirlər. Qurdlar böyüdükcə tutlarını çatdırmaq olmur. Nə gecəmiz-nə gündüzümüz var. Bütün ailə üzvlərimizi, yaxınlarımızı da bu işə qoşmuşuq, kömək üçün onları da bezdiririk. Öümüz də bezmişik artıq. Narazılıq edənləri ərzə yazıb işdən getməklə hədələyirlər. Ənənə qoyuldusa, ardıcıl davam edəcək. Əlacımız ya kütləvi şəkildə etiraz etmək, ya da ərizə yazıb işdən getməkdir.”
İcra nümayəndələri aidiyyəti qurumlara müraciət edərək, bu qanunsuzluğa son qoyulmasını tələb edirlər.
Geri qayıt |