201 saylı məktəbdən şikayətlərin ardı-arası kəsilmir. Amma heç bir tədbir görülmür və direktor Afaq Əliyeva haqqında heç bir ölçü götürülmür.
Tehsilmedia.az bildirir ki, dünən son zəng günündə də qan qaraçılığ etməyi bacaran Afaq Əliyeva özündən bir "qayda" uydurub. Təsəvvür edin ki, siyahı yazdırıb, məktəbin qarşısına iki polis qoydurub və kimi istəyirsə, onları məktəbə buraxıb. Hansı ki, məktəbin öz müəllimlərini belə hansı gün olmasından asılı olmayaraq dövlətdə iş günü olduğundan məktəbə buraxmayıb. Müəllimlərdən və valideynlərdən bəziləri məktəbə heç bir halda buraxılmamış və məktəbin darvazası kilitli saxlanılmışdır.
Bu məktəb dövlətindir, Afaq Əliyevanın şəxsi iqamətgahı, nə də villası deyil. Özbaşına istədiyi kimi hərəkət edə bilməz. Bu müəllimlər və valideynin xoş gününü izləməyə gələn əllərində çiçəklərlə çöldə qalan valideynlər nə vaxtadək Afaq Əliyevanın hərəkətləriniin qurbanı olmalıdır?
Məktəbin darvazasına qoyulmuş 2 polis hansı hüquqla bu qanunsuzluğu etdiyini bilmirmi? Müəllimləri məktəbə buraxmamaq, məktəbi kilitləmək nə deməkdir?
Bu necə hegemonluqdur? Mafiyadır, nədir?
Qeyd edək ki, müəllim və valideynlər aidiyyatı qurumlara şikayət etməyə çalışsa da, Nazirlik iş günündə olmadığından portal üzərindən şikayət edə bilmişdirlər.
Hətta maraqlıdır polis belə qanunsuzluğa riayət edir. Bu axı necə ola bilər?! Çox gülünc və biabrçı haldır. Dəfələrlər şikayət olunduğu halda heç bir addım atılmamışdır.
Geri qayıt
|