Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...'
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...'5-06-2025, 05:48 |
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq. Teleqraf-ın xəbərinə görə, bunu veteran idmançının özü bildirib. O deyib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər arxadan ona hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar: "Hazırda başımın 30 faizi işləmir, zərbə vurulan yerə tikişlər atılıb. Onlar Azərbaycan bayrağını qaldıran, himnini səsləndirən idmançısının həyatına sui-qəsd edərək, Beynəlxalq Muay Tay Federasiyasının 100-dən artıq üzv ölkəsi qarşısında Azərbaycanımızı biabır ediblər. Hələ də bütün dünya federasiyaları bundan danışırlar". A.Musayevin sözlərinə görə, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq: "İnanıram ki, Vətənimdə rahat yaşaya biləcəyəm. Çünki biz bu ölkənin mərd övladlarıyıq, qalib ruhu ilə bu yerlərə gəlib çıxmışıq. Lakin mən Azərbaycana gəlməyə qorxuram. Mənə necə reaksiya veriləcəyindən, evdən-liftdən çıxanda kimlərin qarşıma çıxarılacağından qorxuram. Mən bunu çoxdan gözləyirdim. Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hamı da bizə baxaraq güldü. Bir Azərbaycan idmançısının qanını dünya çempionatında hər kəsin gözləri qarşısında tökdülər. Bu, xəyanətkarlıq, düşmənçilikdir. Erməninin etmədiyini bunlar etdilər". Federasiya rəhbəri Azərbaycan və Türkiyə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət edib və kömək istəyib. O, müvafiq qurumların məsələ ilə daha ciddi məşğul olacaqlarına, cinayətkarların və onların arxalarında duranların tutulacaqlarına inamnı ifadə edib: "Hazırda Türkiyədə müalicə aldığım Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb. Hadisəyə görə həbs edilənlərin Azər Həsənsoy, Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir. "DİA-AZ" olaraq qeyd edək ki, əslində normalda Araz Musayev Azərbaycana dönmək üçün hansısa problemi hiss etməməli idi. Çünki cinayəti törədənlər həbs olundu. Deməli, məsələ bu həbslərlə bitməyib. Onu da əlavə edək ki, Araz Musayev ilk günlərdə nazirlikdə nüfuzlu məmurla yanaşı, Suraxanı rayonu icra hakimiyyətinin başçısı Adil Əliyevi də özünə qarşı törədilmiş sui-qəsdin maraqlı tərəfi kimi təqdim etmişdi. Geri qayıt |