Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Evi yanıb kül olan Qaziyə icra hakimiyyəti 500 manat pul ayırdı...
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Evi yanıb kül olan Qaziyə icra hakimiyyəti 500 manat pul ayırdı...

Evi yanıb kül olan Qaziyə icra hakimiyyəti 500 manat pul ayırdı...


29-04-2025, 13:01
Evi yanıb kül olan Qaziyə icra hakimiyyəti 500 manat pul ayırdı...
Sabirabad rayonu, Kürkəndi kəndində yaşayan İkinci Qarabağ müharibəsi qazisi İsmayılov Abış Samir oğlu evi yandığı üçün çarəsiz duruma düşüb.
Bu barədə o, Bakupost.az -a şikayətində bildirib.
Qazinin sözlərinə görə, hadisə bu ilin aprelin 9-da qısaqapanma nəticəsində baş verib:
"Ev tamamilə yanaraq yararsız hala düşüb. Orada yaşamaq mümkün deyil. Qohumların evində yaşamağa məcburam. Amma nə vaxt qədər belə yaşaya bilərəm? Yardım kimi, icra hakimiyyətindən 500 manat pul ayırıblar. Ancaq hələ də kartıma köçməyib. Həmin pulla evi yararlı vəziyyətə gətirmək mümkün deyil. Bu müddət ərzində müraciət etsəm də, heç bir qurumdan yardım ala bilməmişəm".
S.İsmayılov aidiyyəti qurumlardan evinin təmirinə yardım göstərilməsini xahiş edib.

Evi yanıb kül olan Qaziyə icra hakimiyyəti 500 manat pul ayırdı...
Evi yanıb kül olan Qaziyə icra hakimiyyəti 500 manat pul ayırdı...

Geri qayıt