Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar”

“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar”


Dünən, 17:21
 “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar”
İmişli rayonu, Qızılkənd kəndinin bir qrup veteran və qazi sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onların şikayətini olduğu kimi dərc edirik:

“Biz, bir qrup veteran və qazi ailəsi olaraq, şikayətimizin ictimailəşməyini istəyirik.

Kənd sakinlərinin qlobal problemi otlaq və əkin sahələridir. Kənd sakinləri və qazilər olaraq, dəfələrlə İmişli rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişik. Şikayətimizə baxılmır.

Prezident Administrasiyasında da olmuşuq, onlar şikayətimizi İcra Hakimiyyətinə yönəldir, amma yenə də problemimizi həll edən yoxdur.

Üstəlik, şikayətimizdən sonra İcra başçısının müavini Məmmədov Ruslan Eldar oğlu bizi hədələyir. Halbuki, həmin müavinin özü bizə vəd vermişdi ki, həmin torpaq sahələri sizə veriləcək.

Biz bütün rəsmi qurumlardan kömək istəyirik, xahiş edirik, torpaqlarımızı geri qaytarıb, bizə versinlər.

İcra Hakimiyyətində adımızı “problemli qazilər” qoyublar. Biz haqqımızı tələb edirik, bizə torpaq sahəsi verin, onunla dolanaq”.

Geri qayıt