Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki?"
"Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki?"13-12-2024, 12:48 |
Məlum olduğu kimi, dünən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) səfri Mirvari Qəhrəmanlı olduqca mühüm bir porblemə toxunmuşdu. Söhbət dənizdə çalışan neftçilərin əlverişsiz hava şəraiti zamanı üzləşdikləri nəqliyyat - əslində isə nəqliyyatsızlıq problemindən gedir. YAZISI BURADA: "Növbə dəyişikliyi niyə bu qədər böyük problemə çevrilib?" - ETİRAZ VAR... Qeyd edək ki, bu olayla bağlı rəsmi dairələr sussalarsa (hələlik görünəni odur), narazı neftçilər, yəni problemi birbaşa yaşayanlar susmurlar və günü-gündən edilən şikayətlərin sayı artmaqdadır. Bu barədə elə sosial şəbəkələrdə əlaqədar səhifələrə gözucu nəzər salmaq, yetərlidir. "DİA-AZ"a bu barədə yazan neftçilər də eyni şəkildə nəqliyyatsızlıqdan gileylənirlər və problemin həllinə çalışmayan, biganəı münasibət sərgiləyən rəhbərlərindən narazılıq edirlər (qeyd: bu barədə daha geniş materialımız olacaq -red.). Bi isə hələlik olaraq bəzi "Azneft" İstehsalat Birliyi çalışanlarının gileylərini təqdim edirik. Beləliklə, "qış gəldi, neftçilərin gediş-gəlişi həddindən artıq çətinləşir deyən sosial şəbəkə istifadəçisinə başqa bir neftçi - Zabil adlı sosial şəbəkə istifadəçisi isə belə bir yorum yazıb: "Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki? Ölən kasıbdır qoy qırılsın da..." Bir başqa narazı - Arzuman Salmanov adlı sosial şəbəkə istifadəçisi isə belə deyir: "Mən 14 il SOCAR-da işlədim... Saldılar ixtisara... İndi hansı hüquqdan danışırlar..." Məsələ diqqətimizdədir... BİZİ İZLƏMƏYƏ DAVAM EDİN... Geri qayıt |