Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Hər an uçmaq təhlükəsi var..."

"Hər an uçmaq təhlükəsi var..."


Bu gün, 16:21
"Hər an uçmaq təhlükəsi var..."
Masallı Rayonu Boradihah qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə müdaciət ediblər. "DİA-AZ" bildirir ki, müraciət Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbinin təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır. Sakinlər bildirir ki, 1974 cü ildə istifadəyə verilən məktəb fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər yetişdirib. Bugün onların sırasında müxtəlif sahələrdə çalışan xeyli sayda elmlər doktorları və alimlər var.
Bu məktəbdə vətənə sevgiylə tərbiyə edilən xeyli gənc torpaqlarımızın mənfur düşmənlərdən azad olunmasında da böyük şücaət göstəriblər. Şəhid Qeysər Məmmədov, Zəfər Cavadov, İnqilab Nağıyev, Fərasət Paşayev, İbrahim Rükabzadə və xeyli sayda qazilərimiz
bu məktəbin məzunları olublar.
Müraciətdə deyilir ki, məktəb son illər qəzalı vəziyyətə düşüb və bundan dövlət qurumları da məlumatlıdır. 2022 ci ildə Elm və Təhsil Nazirliyinin Tikinti idarəsi əsaslı təmir məqsədilə məktəbin dam örtüyünün bir hissəsini (akt zalı, idman zalı və bufet hissəsini) sökmüş, ertəsi gün isə söküntünü dayandırıblar. İdarə rəsmiləri deyiblər ki, məktəbi H.Əliyev Fondu əsaslı təmir edəcək. O vaxtdan heç bir təmir işləri aparılmayıb. Binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb. Hər an uçmaq təhlükəsi var. 2023 cü ildə Bakı Şəhərsalma idarəsinin əməkdaşları məktəbə baxış keçirib, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Lakin heç bir təmir işləri görməyiblər. Şagirdlər məktəbdə normal idman dərslərini keçə bilmirlər, akt zalınln olmamasından tədbirlər dəhlizdə keçirilir. Şagirdlər bufet xidmətindən istifadə edə bilmirlər. İstilik sistemi dağıldığından sinif otaqları odun peçi ilə qızdırılır. 270 şagirdi , 25 müəllimi, 17 texniki işçisi olan məktəbin otaqları həddən artıq soyuq olduğundan şagirdlər və müəllimlər tez -tez xəstələnir. Bu isə dərsə davamiyyətə çox ciddi təsir göstərir.
Xahiş edirik, tezliklə məktəbin əsaslı təmiri üçün bizə köməklik göstərəsiniz.

"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."
"Hər an uçmaq təhlükəsi var..."

Geri qayıt