Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Gəncə alüminium zavodunda nə baş verir?
Gəncə alüminium zavodunda nə baş verir?Bu gün, 15:44 |
Gəncə alüminium zavodunun bir qrup işçisi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirir ki, Gəncə şəhərində yerləşən alüminium zavodunda haqsızlıq baş alıb gedir. Şikayətçilərin müraciətini olduğu kimi dərc edirik: “Bildirək ki, biz, Gəncə alüminium zavodunun işçiləri, atdığımız hər addımdan qorxmağa başlamışıq. Bu səbəbdən, sizdən adımızın saytda çəkilməməsini xahiş edirik. Qorxuruq ki, şikayət etdiyimizi bilib, bizləri işdən çıxardarlar. Zavodda yüksək təzyiqli emal və boyama sexində fəhlə kimi calışan 64 yaşlı Əliyev Şahin Yusif oğlu, biz işçilərə sözün əsl mənasında qan uddurur. Bu şəxsin özünün də bizim kimi fəhlə olmasına baxmayaraq, sex rəisinə və müavinlərə bizim olan və olmayan səhvlərimizi deyərək, işimizə bais olmağa çalışır. Qeyd edək ki, 2018-ci ilin mart ayından 2023-cü ilin iyun ayına kimi bizi rəisə “satan” şəxsin özü işdən 3 saat tez çıxırdı. Sex rəisinin müavini Məmmədov Əvəzin otağında daimi əynini dəyişir, günortalar gedib həmin otaqda yatır. Hətta 2013-cü ildə Rüstəm adlı bir nəfəri rəisə “bacısı oğlu” kimi təqdim edərək, pul alıb işə götüzdürüb. Həmin Rüstəm də toy günü başqa bir qadınla Bakıya qaçmışdır. Əliyev Şahinin özü deyir ki, “indiyə kimi 20 nəfər işçinin hərəsindən 3000 min manat pul alıb, işə düzəltmişəm”. Bunların heç birindən, çox güman ki, İstehsalat Birliyinin rəisinin xəbəri yoxdur, sadəcə, işçiləri satdığına görə ona inanır. Şahinin özü zavoddan daim oğurluq edir. Biz bu adamı “Günahkar” filmindəki pirimus düzəldən kişiyə oxşadırıq. O, işçiləri pisləyib, rəisin gözündən salır. Həqiqətən də rəis ondan başqa heç kəsə qulaq asmır, o, nə desə ona inanır. Biz sizin sayt vasitəsilə səlahiyyətli şəxslərdən bu məsələnin araşdırılması üçün kömək istəyirik”. Geri qayıt |