Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ...

KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ...


Bu gün, 12:24
KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ...
Bu gün barəsində ən çox şikayət olunan ticarət şəbəkələrinin başında "Kontakt Home" gəlir, desək, yanıllmarıq. Hər halda bunu elə günü-gündən artan vətəndaş gileylərindən də görmək mümkündür.

Elə "DİA-AZ" olaraq keçən həftə tanınmış mədəniyyət xadimi İbrahim Türksoyun başına gətirilənləri diqqətinizə çatdırmışdıq...

YAZISI BURADA: `Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...

"DİA-AZ"ın əldə etdiyi məlumatlardan aydın olur ki, İ.Türksoyun problemi hələ də həllini tapmayıb. Özü bu barədə bunları deyib:

"Hələ də dəqiqləşdirirlər ....Təsəvvür edin , 20-25 manat arası məbləği hesablaya bilmir o boyda satış şəbəkəsi ...Nə yaxşı bunları oturdublar orda!?"

"DİA-AZ" qeyd edir ki, bu gün isə bir başqa vətəndaşlar "Kontakt Home"dan gileylərini ifadə ediblər. Təsəvvür edin... telefon alırsan... xarab çıxır... haqlı olaraq geri iadə edirsən... və sevinirsən ki, nə yaxşı "Kontakt Home" qanunlara riayət edərək telefonu dəyişdirir... Sonra məlum olur ki, ayağınızda kreditini ÖDƏMƏLİ OLDUĞUNUZ İKİ TELEFON VAR artıq...

Həmin gileyləri təqdim edirik:

KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ...

Hər halda, gərəkən qurumlar nəhayətdə bu özbaşına quruma layiqli DÖVLƏT DƏRSİNİ verməlidir...

Geri qayıt