Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR?

Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR?


Bu gün, 11:31
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR?
Naxçıvandakı poçt filialları yerli sakinlərin prezidentə ünvanladıqları məktub və teleqramları ünvanına göndərmirlər. Bu haqda “Gündəlik Naxçvan”a sakinlərin özləri məlumat veriblər. Onlar hesab edirlər ki, poçt filiallarına bununla bağlı göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib.
Naxçıvan şəhər sakini M. Babayev deyir ki, bu problem yeni yaranıb:
“Naxçıvanda hakimiyyət dəyişikliyindən sonra prezidentə hər ay minlərlə şikayət məktubu ünvanlanırdı və vaxtında cavab verilirdi. Bəzi hallarda problemlər qismən də olsa həll olunurdu. Bizdə olan məlumata görə, Fuad Nəcəfli bir neçə ay öncə qəti tapşırıq verib ki, Naxçıvandan şikayət məktubu çıxmamalıdır. İki ay öncə mən də sifarişli şikayət məktubu yazmışdım, indiyə kimi nə məktubun çatması ilə bağlı bildiriş, nə də cavab almışam. Naxçıvanda tam özbaşınalıqdı. Ümid edirdik ki, şikayətlərimizə Bakda baxarlar, onu da əlimizdən aldılar”.
Şərur rayon sakini Səkinə Xəlilova deyir ki, onun da məktubları przidentə yetişmir:
“ Əvvəllər məktubu yazırdıq, bir neçə gün sonra cavab gəlirdi. Daha sonra problemimizin həll olunması üçün, formal da olsa yerli orqanlara yönləndirlirdi. İndi isə, məktublarımız sanki göyə çəkilir. Aylarla gözləsək də, heç bir cavab verilmir. 10 ildir aldığım təqaüdün kəsilməsi ilə bağlı 3 ay öncə prezidentə bildirişli şikayət məktubu yazmışam, hələ də heç bir cavab gəlməyib. Məktubun çatmasıyla bağlı bildiriş də almamışam. Ətrafımda tanıdığım 10-larla insan var ki, onlar da aylardır cavab gözləyirlər”.

Geri qayıt