|
"SOCAR kadr siyasətini reallaşdıran xanım və cənablar! Müxtəlif üsullarla yaşlı işçilərlə bağladığınız Əmək Müqaviləsini ləğv etməyə çalışmayın! SOCAR dövlətə məxsusdur! İdarə və müəssisələr də heç kimə dədəsindən miras qalmayıb!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib. Bu çağırışı ilə yanaşı NHMT sədri eyni zamanda hüquqi maarifləndirmə məqsədilə aşağıdakı bilgiləri paylaşıb. M.Qəhrəmanlı yazır: "Ölkənin neft sənayesində çalışan işçilərin diqqətinə! Sizin Əmək Məcəlləsinin bu maddəsini bilməyiniz vacibdir. ✅Bu maddə (ARƏM 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.)dövlət büdcəsindən maliyyələşən müəssisələrə aiddir.SOCAR dövlət büdcəsindən maliyyələşmədiyindən işçilər üçün yaş həddi yoxdur.. Yəni təqaüd yaşına çatmağınızla əlaqədar heç kim sizi işdən azad edə bilməz!☝ İşəgötürənlə bağladığınız Əmək müqavilənizə olunan Əlavədəki bu bənd isə qeyr-qanunidir. -✅İşçi Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1(bir) ay müddətində xitam verilə bilər. ✅Özünüz istəmədiyiniz halda heç kim sizi bu müqaviləyə qol çəkməyə məcbur edə bilməz Əmək Müqaviləsinə qol çəkməmişdən əvvəl hər bəndi diqqətlə oxuyun! ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Təqaüd yaşınıza çatmağınızla əlaqədar heç kim, sizin qarşınızda öhdəlik qoya bilməz birmənalı... Bunu qanun tələb edir. Yaş həddinin tədbiqi büdcə təşkilatlarına aiddir☝... Əmək müqavilənizə olunan Əlavədəki bu bənd isə qeyr-qanunidir..."
Geri qayıt
|