Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB?

Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB?


Bu gün, 11:21

Yevlax şəhərində Ədliyyə naziri Fərid Əhmədovun vətəndaş qəbulu zamanı sakinlərin narazılığı ilə qarşılaşdığı bildirilir.

Gundemxeber.org-a daxil olan məlumata görə, əllərində təkzibedilməz sənəd və sübutlar olan şikayətçilər qəbula buraxılmırlar.

Vətəndaşlar iddia edirlər ki, onların nazirə müraciət etməsinə birbaşa Nazirliyin Qəbul şöbəsinin müdiri Kamal Hüseynov əngəl olur.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt