|
 "2-3 gün öncə "Neyromed" klinikasından zəng edərək təklif etdikləri müayinə (chekup) paketi üçün klinikaya yaxınlaşdıq. Yoldaşımın narahatlığı olduğu üçün vaxt itirmədən həkim, UZİ və digər müayinələrdən keçdik. Lakin ödəniş mərhələsində açıq-aşkar qanunsuzluqla qarşılaşdıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Gülnar Hüseynova adlı istifadəçi yazır. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ödəniş edərkən xəzinədən çek tələb etsəm də, verilmədi. Çıxışda yenidən kassaya yaxınlaşıb kassa çekimi istədikdə, bu dəfə "POS-terminalın "zaryatkası" yoxdur" bəhanəsi ilə çeki verməkdən imtina etdilər. Üstəlik, orada mənimlə bərabər çek gözləyən başqa pasiyentlər də var idi. Məsələyə etiraz edib şikayət edəcəyimi bildirəndə kənar kompyuterdə əyləşən xanım rahatlıqla "Onsuz da bizdə ƏDV verilmir" deyə cavab verdi. Məsələ təkcə ƏDV deyil, məsələ xidmət göstərən bir tibb müəssisəsinin açıq şəkildə vergidən yayınması və vətəndaşın qanuni hüququnu tapdalamasıdır! Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar. Bununla da bitmədi! Sonradan "Chekup" mərkəzinə də iradımı və narazılığımı kəskin şəkildə bildirdikdən sonra mənə çeki electron şəkildə göndərdilər. Lakin çekə baxdıqda növbəti bir qanunsuzluq ortaya çıxdı: Çekin üzərində qeyd olunan vurulma saatı ilə mənim orada ödəniş edib müayinə olunduğum saat tamamilə üst-üstə düşmür! (Şəkil qeyd edəcəm. Çek mənə sonrada wp üzərindən göndərilib. ) Qanunvericiliyə əsasən kassa çeki ödəniş edilən anda vurulmalıdır, keçmiş və ya sonrakı vaxtla çek vurub təqdim etmək özü ayrı bir qayda pozuntusudur və maliyyə fırıldağı şübhəsi yaradır. Nə vaxtdan özəl klinikalar kassa çekini vaxtında verməyib, bəhanələr gətirib, sonra da saxta/fərqli saatlı çeklər təqdim edir? Dövlət Vergi Xidmətini bu özbaşınalığı və Neyromed klinikasının maliyyə fəaliyyətini ciddi nəzarətə götürməyə çağırıram..."


Geri qayıt
|