Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Birdəfəlik bağlanın... BİZ DƏ İŞİMİZİ BİLƏK..."

"Birdəfəlik bağlanın... BİZ DƏ İŞİMİZİ BİLƏK..."


Bu gün, 10:06

" "Kontakt Home"dan şikayətçiyəm..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazan narazı vətəndaş artıq bezdiyini də ifadə edir.

Müraciətdə daha sonra deyilir: "Keçən ayın 19-u "Kontakt Home"un sahil filalından məhsul aldıq. 99 manat ƏDV hesablandı. Amma günü bu gün də ƏDV hesaba yatmayıb.

"Birbank"a yazdıq... dedilər çeki göstər... Göstərdik... "Vergilərlə əlaqə saxlayın" dedilər və bizi rəsmən başlarından etdilər...

Dərdimizi kimə deyək... Məhsuldan şikayət gəlir və bu azmış kimi ƏDV də vermirlər... Belə gözləmədədir hər kəs... Camaatı cana yığmısınız... Birdəfəlik bağlanın... biz də bilək ki, yoxsunuz!"


Geri qayıt