Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?Bu gün, 16:35 |
|
Son illər Azərbaycanda avtomobili girov qoyaraq lombardlardan və müxtəlif təşkilatlardan kredit adı altında pul götürənlərin sayı xeyli artıb. Sosial şəbəkələr vasitəsilə aldadıcı reklamlar yayan belə qurumların əsas hissəsi vətəndaşlara vəsaiti ağır şərtlərlə və yüksək faizlərlə təklif edir.
Yenicag.az-a daxil olan məlumata görə, həmin təşkilatlardan biri də “S Lombard”dır. Qızıl, avtomobil və mənzil girov götürməklə fəaliyyət göstərən bu qurumda faiz dərəcələri maksimum həddə çatıb. Reklam çarxlarında avtomobilin sürücünün özündə qalacağını və asan şərtlərlə kredit verildiyini elan edən “S Lombard” reallıqda vətəndaşları çətin vəziyyətə salır. Bildirilir ki, dəyəri 25 min manat olan avtomobili cəmi 15 min manat qiymətləndirərək girov götürən qurumun kredit faizləri faktiki olaraq 48 faizə qədər yüksəlir. Qanunvericiliyə görə, lombard kreditlərinin rəsmiləşdirilməsi “girov bileti” vasitəsilə həyata keçirilir. Həmin sənədin forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir və girov qoyulan əşyalar bilet üzərində ətraflı təsvir olunmalıdır. Qanunvericilik qəti şəkildə nəzərdə tutur ki, lombardlarda qoyulan girov heç bir halda birtərəfli qaydada mənimsənilə bilməz. Girov yalnız açıq hərrac vasitəsilə satılmalıdır və bu prosedurlar Mülki Məcəllənin tələblərinə uyğun icra olunmalıdır. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Bu isə o deməkdir ki, borclu şəxsin özü də həmin hərracda iştirak edərək əşyasını geri əldə etmək imkanına malikdir. Araşdırmalar zamanı o da məlum olub ki, “S Lombard”ın sahiblərindən biri Sərval adlı şəxsdir. İddialara görə, bu şəxs tanınmış məmurlardan birinin kürəkənidir və rəhbərlik etdiyi təşkilat vasitəsilə həmin məmurun və onun ətrafının maliyyə vəsaitlərinin dövriyyəsini təmin edir. Geri qayıt |