Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Haqsız olaraq mənim mənzilimi başqa adama satdılar..."
"Haqsız olaraq mənim mənzilimi başqa adama satdılar..."Bu gün, 07:43 |
|
İcazə verin Sizə öz dərin hörmət və ehtiramımı bildirim. 36 ildir çalışdığım qəzetin "Femida" qəzetinin baş redaktoru olaraq sizə müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bu sözlər “Femida-007” qəzetinin Baş redaktoru Abdalov Etibar Əliş oğlu tətrəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Mən bir evsiz jurnalistəm. Bu acı həyat tərzim məni Sizə müraciət etməyə vadar edir.
Hörmətli cənab Prezident, cənab Ali Baş Komandanım!
Uzun illərdir kirayədə yaşadım, ümid edirdim ki, mən də nə vaxtsa ev ala bilərəm. Lakin jurnalistlərin binasından mənə ev verilməsi barədə qərar olsa da, haqsız olaraq mənim mənzilimi başqa adama satdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin KİV-ə münasibəti hamımıza gün kimi aydındır. Cənab Prezident həmişə deyib ki, siyasi mövqeyindən, yazı üslubundan asılı olmayaraq bütün mətbuat orqanlarında çalışan insanların mənzil şəraitinin yaxşılaşdırılması mənim diqqətimdədir. Bir daha deyirəm, mənə 2013-cü ildə Mətbuat Şurasının "Femida" qəzetinə ünvanladığı müraciət məktubu və redaksiya kollektivinin ümumi iclasının protokolundan çıxarışa əsasən, 3 azyaşlı övlad atası olaraq, yayşayış yerimin olmamasına əsasən ev verilmişdir. Lakin evlərin paylanması mərasimində KİVDF-nin o zaman rəhbəri olan Vüqar Səfərli mənim evimi qutuda saxladı və guya mənə o biri binadan ev veriləcəkdi. Amma bu haqsızlığa mən 13 ilə yaxındır dözürəm.
"Femida-007" qəzeti Mətbuat Şurasının təsisçilərindən biridir, daim üzvlük haqqı ödəmişik (Sənədlər əlavə olunur). Necə olur ki, mətbuatda 1 il işləməyən və heç bir üzvlük haqqı ödəməyənlər ev alır, amma bu qədər fəaliyyət göstərən insanlar ala bilmir?
İnanıram ki, KİVDF mənim pozulmuş hüquqlarımı bərpa edəcək və mənim 3 otaqlı mənzilimi geri qaytaracaq.
Hörmətli cənab Prezident!
İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yer üzünün ən ədalətli və humanist dövlət başçısıdır və mənim mürəciətimə baxılması üçün göstəriş verəcəkdir..."
Geri qayıt |