Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ...

FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ...


Bu gün, 15:16

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, İstiqaliyyət küçəsi, giriş 224 və 288 ünvanlarında inşa olunan 2 ədəd qeyri-yaşayış binasının istismarına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, binalardan birinin ümumi sahəsi 786,72 kvadratmetr, digəri isə 363,6 kvadratmetr təşkil edir. Hər iki bina 1 mərtəbədən ibarətdir.
FHN qeyri-yaşayış binalarına 8 iyul 2026-cı il tarixində 13412 və 13413 nömrəli istismara hazırlıq rəyləri verib.
Qeyd edək ki, qeyri-yaşayış binasının sifarişçisi “Nardaran İnvest” MMC-dir.
Onu da bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının, ticarət mərkəzinin və 4 mərtəbəli avtodayanacağın tikintisinə də icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.


Geri qayıt