Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > İştirakım və xəbərim olmadan Sumqayıt ASAN xidmətdə adıma sənədlər tərtib olunub

İştirakım və xəbərim olmadan Sumqayıt ASAN xidmətdə adıma sənədlər tərtib olunub


Bu gün, 15:22

“Sumqayıt 1 saylı ASAN Xidmət Mərkəzində iştirakım və xəbərim olmadan adıma sənədlər tərtib edilib, həmin sənədlərə mənim adımdan saxta imza atılıb”.

Bu barədə Gununsesi.info-ya müraciət edən Türker Əliyeva deyib.

Onun sözlərinə görə, bu qanunsuzluq Sumqayıt 1 saylı ASAN Xidmət Mərkəzindəki digər dövlət qurumunun –
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində törədilib.

“Qurumun ASAN Xidmətdə çalışan Bünyamin adlı əməkdaşı mənim iştirakım olmadan sənədləri rəsmiləşdirdiyini və sənədlərə saxta imza atdığını etiraf edib. Mən rəsmi şəkildə hüquq-mühafizə orqanlarına şikayət edəcəyəm. Sizin saytınız vasitəsilə ASAN Xidmətin rəhbəri hörmətli Ülvi Mehdiyevin də bu məsələnin araşdırılması üçün göstəriş verməsini xahiş edirəm. Bu hadisənin hərtərəfli araşdırılmasını, təqsirkar şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsini və saxta sənədləşdirməyə hüquqi qiymət verilməsini xahiş edirəm”.


Geri qayıt