Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib"

"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib"


Bu gün, 11:31

"Düz 3 gündür ki, Yeni Günəşli qəsəbəsinin əhalisi mağazalardan su alıb daşıyırlar evlərinə. Söyüş söyə, qarğış edə-edə..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Natiq Muxtarlı yazıb.
O daha sonra bildirir: "Düz 3 gündür ki, ADSEA (Azərsu) heç bir xəbərdarlıq etmədən suyu kəsib.
İddialara görə, marketlərdə satılan əksər suların da istehsalçısı elə “Azərsu” rəhbəri Zaur Mikayılovdur. Bu adam öz biznesi naminə, istehsal etdiyi suların marketlərdə satılmasını təmin etmək üçün qəsəbənin suyunu kəsib.
Bunun adı təkcə korrupsiya deyil, bunun adı həm də əxlaqsızlıq, şərəfsizlikdir.

***

19 litri 8 manat. Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib. Adamı öz ölkəsindən belə iyrəndirirlər..."


Geri qayıt