Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Sahib Məmmədovun “PUTYOVKA” BAZARI...

Sahib Məmmədovun “PUTYOVKA” BAZARI...


Bu gün, 12:41

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) bu ilin mayında qəbul etdiyi qərarın narazılıq yaratdığı haqda məlumat paylaşmışdıq. Belə ki, yeniliyə görə, AHİK kurort zonalarına göndərişlə (“putyovka”) bağlı absurd addımlar atıb, yeni əsassız qaydalar müəyyən edib.
Nəticədə “putyovka”ların verilməsində yeni absurd qaydalar kütləvi narazılığa səbəb olub. AHİK yeni qaydalara əsasən, göndərişi bundan sonra yalnız işləyənlərin özünə şamil edəcək. Yəni həmin şəxsin ailə üzvlərinə heç bir güzəşt nəzərdə tutulmur. Halbuki əvvəllər ailə üzvünə və ümumiyyətlə 15 faiz güzəşt olunur, 18 yaşa qədər uşaqlara pulsuz göndəriş verilirdi. AHİK-in başbiləni Sahib Məmmədov isə belə qərara gəlib ki, göndəriş yalnız bir nəfərə aid olmalıdır, yerdə qalanlar isə kurort mərkəzində tam ödəniş etməlidirlər. Daha dəqiq desək, həm həyat yoldaşı, həm də 12 yaşdan yuxarı uşaqlar üçün tam ödəniş olunmalıdır. Hərçənd ötən ilə qədər belə deyildi. İndi yalnız 12 yaşadək yalnız ailədən olan iki uşaqa ödənişsiz “putyovka” nəzərdə tutulub.

"DİA-AZ" bildirir ki, bu qərar və ümumiyyəıtlə, Sahib Məmmədovun “putyovka” bazarına gətirdiyi "yeniliklər" sosial şəbəkələrdə də total narazılıqla müşaiyət olunmaqdadır. Bəzi vətəndaş rəylərini aktual olduğundan diqqətinizə təqdim edirik. Beləliklə...

***

Zemfira Abbasova yazır:

"70 yaşım var... Ömrümdə bir dəfə də olsun həmkarlar ittifaqından yararlana bilmədim. Adı var, fəaliyyəti olmayan bir qurumdur..."

***

Loğman Hüseynov yazır:

"50 il həmkarların üzvü olmuşam. Müraciət edirəm... "imtina edildi" cavabın alıram. 7 dəfə müraciət etmişəm... Bu nə münasibətdir? 70 yaşım var, istirahət müraciətim bir yana... müalicə müraciətinə də "imtina edildi" cavabını verdilər. Bu hala nəvələrim gülüb deyirlər, "baba yenə imtina gəldi"..."

***

Günəş yazır:

"2025-ci ildə həmkarlar ittifaqından 10 günə 2 həftəlik kardiologiya sanatoriyaya "putyovka" alıb dincəldik. Bu il neçə dəfə xəstəlik kağızı ilə müraciət etmişik, imtina cavabı almışıq..."

***

Məsələ diqqətimizdədir...


Geri qayıt