Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?"
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?"Bu gün, 07:03 |
|
Jurnalist daha sonra müraciətini belə davam etdirir: "İki aydır ki, müstəntiqiniz Samir Alıyev işini icra etmək istəmir.
Niyə?
Nəyi gözləyir ki?
Rüşvət verilməlidir?
Vətəndaş haqqı olan işə görə niyə rüşvət verməlidir ki?
Qaradağ rayon məhkəməsinin icraçısı dələduz Səbuhi Əhmədzadədən 3 il sonra can qurtardıq, indi də Alıyevlə didişməliyik?
Cavabdeh Həsənov Məhəmməd bu məmurlara nələr vəd edir ki, bunlar zərərçıkmiş qala-qala cinayətkara qahmar çıxır?
Ya bəlkə, səbəbkar elə sizsiniz ki, Samirlər bu camaata belə əziyyət verir?
İki aydır ki, sənədlər sizin idarəyə, istintaqın başlaması üçün göndərilib.
İki aydır ki, Samir Alıyev cinayətkarın sifarişi ilə işi istintaqa götürmür və hətta iş açılmamış onu yenidən dələduz Əhmədzadəyə göndərmək fikrindədir.
Əcəb işə düşmüşük e, vətəndaş dövlətinin qanunlarına sığınaraq bir dələduzdan hüquq-mühafizə orqanlarına şikayət edir, orqanlardakı digər dələduzlar da şikayətlərə belə “baxır”.
Nə bir qaynar xətti, nə də dəftərxanası cavab verir.
Vətəndaş necə əlaqə qursun?
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Baş Prokurorluğundan
xahiş edirəm, Ədliyyə Nazirliyi İstintaq idarəsinin, xüsusən də Sahib Rzayev və Samir Alıyevin fəaliyyətinə nəzər yetirəsiniz..."
Məsələ diqqətimizdədir....
Geri qayıt |