Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR?
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR?Bu gün, 06:58 |
|
"Səhiyyə sahəsində əməkhaqqı əmək və maliyyə intizamını özü tənzimləyən, xidmətin keyfiyyətini artıran, ələbaxımlığı azaldan, həkim -xəstə münasibətlərini "etik"çərçivəyə salan tibbi "sindrom"dur..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əməkhaqqının formalaşmasında əlavə ödənişlərin (bayram günləri, gecə növbəsi, əlavə iş növbəsi,iş vaxtından artıq iş, həkim çatışmazlığına görə eyni vaxtda əlavə işin həvalə edilməsi, eyni zamanda müxtəlif səbəblərdən işə çıxmamağa görə əlavə növbələrin verilməsi və s.) İndi baxın bayram günləri nə, gecə növbəsinə, əlavə iş saatlarına,"DP"deyilən saatlara ,işə çıxmamağa görə müvəqqəti əvəzetməyə və s üçün qanunvericilikdə əlavə ödənişlər nəzərdə tutulur.
Buna baxmayaraq TƏBİB bu əlavələri Əmək Məcəlləsinin 164 və 166-cımaddəlrində (bayram və gecə saatlarında iş) nəzərdə tutulmuş əlavələrin cüzi bir hissəsini (məs.sanitar, reanimasiyada işləyən və s) ödəyir, qalan növbətçilər isə bu hüquqdan məhrumdur.
Bu qədər həkim çatışmazlığı mövcuddur,ancaq onların yerinə işləyənlərə, habelə müxtəlif səbəblərdən işə çıxmaması üzündən əvəzetməyə və sgörə əlavə ödənişlər TƏBİB -in əksər struktur bölmələrindəhəyata keçirilmir. Əmək Məcəlləsinin 101.2-ci maddəsinə görə işəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunması üçün bütün zəruri tədbirləri görməyə borcludur.
Buna baxmayaraq Təcili Tibbi Yardım Mərkəzində RTTTYM -də bu strateji əhəmiyyətli tibbi yardım növünə başdansovdu baxılır, deyilənə görə çox vaxt əvəzetmə aparılmır, nəticədə həm həkim çatışmazlığı, həm işə çıxmamaq halları, həm də çox sayda ambulansların nasazlığına görə xeyli sayda briqada çatışmazlığı yaranır.
Bu zaman Əmək Məcəlləsinin 61,160 və 161-maddələrinə uyğun olaraq eyni vaxtda işləyənlərə bir nöbəlik tarif maaşının yarısı, əgər əvəzetmə aparılmışsa, əvəzedənə ikiqat ödəniş edilməlidir. (Əmək Məcəlləsinin 165-cimaddəsi )
Bu haqda ƏƏSMN -yi əmək siyasəti şöbəsinin müdiri 02/104 nömrəli məktub da imzalayıb.
Bundan başqa bu işlərə görə ödəniş aparılmırsa bu məcburi əməyə cəlb etmə deməkdir, təəssüf ki, bu vaxt Əmək Müfəttişliyi öz vəzifələrini yerinə yetirmək istəmir.
Etiraf etmək lazımdır ki, Təcili Tibbi Yardımda bayram günləri və gecə saatlarında əlavə ödənişlər tam qaydasında həyata keçirilir. Deyə bilmərəm bəlkə də bölgələrdə bu sahədə nöqsanlar var.
Maraqlıdır görəsən TƏBİB niyə Əmək Məcəlləsini qoyub, özünün hansısa"normativ sənədlərini"önə çıxarır!?!?!?!? Yəni həkimlərə hər qəbul üçün 1,2 manat bonus???
Axı,TƏBİB Əmək Məcəlləsinin 61,96,101,107,135,154,160,161,166,164 və 165-ci maddələri tətbiq etsə daha qanuni əməkhaqqı almış olar tibbi personal
Təəccüblüdür Sizcə görəsən TƏBİB qanunu qoyub, hansısa bəlkə də təsdiq olunmayan "sənədə"niyə üz tutub.
Üstəlik işçilərdən "fond pulu"yığmaq,hətta təcili tibbi yardım sürücüləri nə maşını özünüz təmir edin, yoxsa əməkhaqqı almayacaqsınız"iddiaları da mövcuddur.
Bu isə əmək intizamını pozur, ələbaxımlıq yaradır.
Çox güman ki, TƏBİB əməkhaqqı fondunu xeyli kəsirlə yerinə yetirib.
Hər halda TƏBİB direktoru Vüqar Qurbanovun məhz maliyyə pozuntuları ilə əlaqədar işdən çıxarılması təsadüf deyildir.
Əməkhaqqının qanunsuz olaraq kütləvi surətdə kəsilməsi dövlətin sosial və səhiyyə siyasətinə ziddir və ciddi məsuliyyət yaradır..."
Geri qayıt |