Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Bir ŞİDDƏTLİ TÖHMƏT də Nizaminin başçısına düşür...
Bir ŞİDDƏTLİ TÖHMƏT də Nizaminin başçısına düşür...22-02-2026, 09:25 |
|
Nizami Rayonunda baş vermiş özbaşnalıq və qanunsuzluq hadisəsi ilə bağlı hüquq müdafiəçisi Rəşad Quliyev Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Baş Prokuror, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevə və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
"DİA-AZ" xəbər verir ki, Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılovla, Nizami Rayon İcra Hakimiyyəti, o cümlədən 34 saylı MKİS-in rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı olan müraciətdə deyilir:
"Mən vətəndaş Klenina Tatyana Vladimirovnanın səlahiyyətli nümayəndəsi kimi Quliyev Rəşad Xasay oğlu Sizə müraciət edirəm.
Sizin yüksək diqqətinizə təqdim edərək bildirərəm ki, Nizami Rayonu ərazisində ciddi qanunsuzluq və cinayət halı yaradan hadisə baş vermişdir. Belə ki , Bakı şəhəri, Nizami rayonu, Şərifzadə küçəsi 102-ci məhəllədə , həmin rayonun 34 saylı MKİS-in rəhbərliyinin barbar qaydaları ilə Azərbaycan vətəndaşı Klenina Tatyana Vladimirovnaya qarşı ağlasığılmaz hərəkət edilərək, onun mülkiyyəti yerlə yeksan edilib. Sizə də məıumdur ki, mülkiyyət hüququ toxunulmazdır və bu hüquq Azərbaycan Respublikasının təməl prinsiplərindən biridir.
Sual olunur hansı haqq və hüquqla, 34 saylı MKİS-in rəhbərliyinə göstəriş verilərək, vətəndaşın əmlakı, ona kompensasiya ödənilmədən ona Nizami Bələdiyyəsi tərəfindən verilmiş qərarla ona ayrılmış , torpağında mövcud olan əmlakı məhkəmə qərarı olmadan traxtorun qabağına verilərək sökülür?
Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) abadılaşdırma adı ilə vətəndaşa bildiriş göndərilərək ona məxsus əmlakını sökmək ixtiyarı yoxdur və bir başa qanunsuzluqdur. MKİS daxil heç bir qurumun qanuni əsasla ayrılmış torpaq üzərində tikilini məhkəmə qərarı olmadan sökmək səlahiyyəti yoxdur.
Bu addım qanunda cinayət məsuliyyəti yaradır və qanunverciliyə görə :
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 186-cı maddə — özgənin əmlakını qəsdən məhv etmə
309-cu maddə — vəzifə səlahiyyətlərini aşma halıdır.
Sizdən xahiş edirəm, yuxarıda yazılanları nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, 34 saylı MKİS-in rəhbərinin və o cümlədən ona qanunsuz göstərişi verən Nizami Rayon İcra Hakimiyyəti səlahiyyətli şəxslərinin qanunsuz hərəkətləri araşdırılsın və rəsmi şəxslərin bu hərəkətlərinə hüquqi qiymət verilsin ;
Vətəndaş Klenina Tatyana Vladimirovnaya kompensasiya ödənilməsi təmin edilsin..."
Geri qayıt |