Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı
Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalıDünən, 17:28 |
|
Yanvarın 29-da Neftçala rayon İcra Hakiiyyətinin 2025-ci il üçün hesabat yığıncağı keçirilib və hesabat “himn qalmaqalı” ilə yadda qalıb... Poliqon xəbər verir ki, ötən ayın sonunda Neftçala rayon İcra Hakiiyyətində 2025-ci ilin hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonu təmsil edən deputatlar və Prezident Adminstrasiyasının kuratoru, rayon rəhbərliyi, o cümlədən büdcə təşkilatlarının rəhbərləri iştirak edib. Yığıncağın açılışında şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükütl elan olunub. Bir dəqiqəlik sükutdan sonra isə hamı Azərbaycan Respublikasının himnin çalınmasını gözləsə də, bu baş verməyib. Yaranan çaşqınlıq fonunda və Bakıdan gələn qonaqların ona dikilən baxışları qarşısında Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov özünü çox pis hiss edib. Əldə etdiyimiz məlumata görə başçı özü də himnin səsləndirilməməsini təəccüblə qarşılayıb və o da İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdirinə sual dolu baxışlarını yönləndirib. Poliqon-a danışan mənbə bildirir ki, başçı hesabat yığıncağından həmən sonra himnin səsləndirilməməsinin səbəbini aydınlaşdırmağa çalışıb. Ümumi şöbənin müdiri Elnur Bağırov başçıya bildirib ki, himnin səsləndirilməsi texniki problemlə bağlı olub və problemin himni səsləndirməli olan Mədəniyyət şöbəsinin işçisinin səhlənkarlığı ilə əlaqələndirib. Mədəniyyət şöbəsinin işçisi isə öz növbəsində himnin səsləndirilməməsi ilə bağlı tapşırığı məhz Elnur Bağırovdan aldığını bildirib. Maraqlıdır ki, bu iddianı rədd edib və öz növbəsində ona qarşı təxribatın olduğunu iddia edib. Mədəniyyət şöbəsinin işçisi isə buna cavab olaraq Elnur Bağırovun belə bir tapşırğı ona başçının köməkçisi Vüsal Atayevin və ümumi şöbənin məsləhətçisi Vasif Əliyevin yanında verdiyini bildirib. Mənbə bildirir hazırda məsuliyyət Mədəniyyət şöbəsinin işçisinin üzərində qalsa da, Mirhəsən Seyidov baş verən hadisəni özünə qarşı təxribat kimi qiymətləndirir. Mənbə qeyd edib ki, balıq festivalında yaşanan “plaş” qalmaqalından sonra başçı hər şeyə şübhə ilə yanaşır və o üzdən də bu dəfə də yaşanan “himn” qalmaqalının hədəfində məhz özünün olduğunu düşünür. Neftçaladan aldığımız məlumatda qeyd edilir ki, Elnur Bağırov Mədəniyyət şöbəsinin işçisini cəzaladırmağı tələb etsə də, başçı daha çox ondan şübhələnir. Elnur Bağırovla bağlı başqa bir məlumat da odur ki, Neftçala rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdirinin qardaşı xaricdə miqrant statusu ilə yaşayır və ordan sosial şəbəkələrdə hakimiyyətə qarşı ittiham xarakterli çıxışlar edir... Yazıda adı keçən şəxslərin və Neftçala rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq... Poliqon.info Geri qayıt |